Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
25 Fev 16:36Sehiyye
Hamilə yeniyetmələri müayinə edən həkimlər hansı məsuliyyəti daşımalıdır? – ÖZƏL
Erkən nikahlarla bağlı müzakirələr son zamanlar cəmiyyətin gündəmini daha çox zəbt etməkdədir. Bu halların yaratdığı neqativlər isə qarşısının alınması üçün həm ictimaiyyət, həm də dövlət tərfindən ciddi zəruri addımların atılmasını labüd edir.
Erkən nikaha cəlb edilən azyaşlı qızların bəlli bir vaxtdan sonra dünyaya uşaq gətirdiyi hallarına da rast gəlinir ki, bu da bəzən tələfatlarla nəticələnir. Yəni doğuş zamanı bir və ya ikitərəfli ölüm halları da baş verə bilir. Müşahidələr göstərir ki, çox vaxt yeniyetmə analar doğuşa qədər həkim nəzarətində olur. Eyni zamanda, onların doğuşunu da hansısa mama-ginekoloqlar öz üzərinə götürür.
Burada ortaya belə bir sual çıxır ki, yeniyetmə qızların erkən nikaha cəlb olunması qanunla qadağan edildiyi halda, onları müayinə edən həkimlər aidiyyəti orqanlara məlumat verirlərmi? Ümumiyyətlə, qanunda bununla bağlı hər hansı tələb varmı?
Respublikaxeber.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran tanınmış hüquqşünas Əsabəli Mustafayev qanunvericilikdə belə bir normanın olmadığını bildirib: “Bildiyim qədər yeniyetmənin hamilə olması haqqında həkimlər tərəfindən polisə məlumat verilməsilə bağlı norma mövcud deyil. Yəni rəsmi tələb yoxdur. Məsələn, əgər kimsə həkimə döyülmə və xəsarətlə bağlı müraciət edirsə, burada bir tələb var. Həkimlər xəstəlik tarixçəsində bunu qeyd edirlər və xəsarətlərin mənbəyini yazırlar. Eyni zamanda, bu barədə polisə, müvafiq bölməyə məlumat verirlər.
Ola bilər ki, təcrübədə bəzi həkimlər azyaşlının hamilə olması barədə bunu tətbiq edir. Ancaq rəsmən belə bir tələb yoxdur”.
Qanunda belə bir tələbin təsbit olunması məsələsinə gəlincə, Ə. Mustafayev hesab edir ki, hər bir normanın yaradılması həyat tələbi olmalıdır: “Cəmiyyətdə yeniyetmələrin hamilə qalması faktları geniş yayılırsa və azyaşlılarla cinsi əlaqə cinayət əməli sayılırsa, bu istiqamətdə də ciddi qanunlar olmalıdır. Yəni həkimlərin bu barədə müvafiq orqanları məlumatlandırması, o cümlədən məlumatlar verilmədiyi təqdirdə məsuliyyət nəzərdə tutulmalıdır. Əgər norma yoxdursa, sadəcə şifahi şəkildə tələb etmək effekli olmayacaq. Əgər tələb varsa belə, onun arxasında məsuliyyət yoxdursa, o yenə də “ölü” norma sayılacaq.
Yəni tutaq ki, həkimin iş funksiyasına müayinə olunan azyaşlının hamiləliyi barədə müvafiq orqanlara məlumat vermək daxil edilsə də, bu, layiqincə icra olunmayacaq. Ona görə də mütləq məsuliyyət nəzərdə tutulmalıdır. Birinci inzibati xətalarla, əgər ağır nəticələrə səbəb olubsa, cinayət məsuliyyəti ilə bağlı normalar təsbit edilməlidir. Bu, mütləq dəqiq norma olmalıdır ki, həkim öz məsuliyyətini başa düşsün, əməl etməsə, onu nələr gözlədiyini bilsin. Buna artıq böyük bir zərurət var. Düşünürəm ki, mətbuat bunu işıqlandırsa, qanunverici orqan məsələni nəzərə alar”.
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib