Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
13 Okt 18:11Olke
Məktəblər bu tarixdən yenidən bağlana bilər - Təhsil eksperti AÇIQLADI
“Bildiyiniz kimi hazırda dərslər ənənəvi qaydada davam edir. Yalnız hansısa bir məktəbdə, və yaxud da orta ümumtəhsil müəssisələrinin hər hansı bir sinifində virusa yoluxma faktları varsa, o zaman lokal qapadılmaya gedilir. Yəni həmin siniflər 14 gün müddətinə karantinə alınır”.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, bunu milli.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Ekspert bildirib ki, ən geci iki həftə sonraya müəyyən ərazilər üzrə məktəblər qapadıla bilər:
“Son dövrlər mövsümü xəstəliklərin də daha çox baş qaldırdığını nəzərə alsaq, hazırda demək olar ki, məktəblərdə ümumiyyətlə davamiyyət aşağı düşüb. Bir çox valideyinlər övladlarını məktəbə buraxmırlar. Koronavirusun əlamətləri ilə qripin əlamətləri demək olar ki, eynilik təşkil etdiyi üçün hazırki durumda valideyinlər narahatdırlar ki, övladları koronavirusa yoluxa bilərlər. Buna görə də övladlarını məktəbə buraxmırlar. Belə olan halda da təbii ki, şagird ölümü artıq bir həyəcan siqnalı kimi görünür. Bu, qarşıdakı dövr ərzində əgər bu şəkildə davam edərsə, ən azından iki həftə sonraya əlbəttə, ciddi fəsadlar verməkdə davam edəcəyi halda bəzi ərazilər üzrə qapadılmalara gedilə bilər, yenidən distant təhsilə keçid alına bilər. Amma bu kimi halların qarşısının alınması üçün istər ümumtəhsil müəssisələrinin rəhbərləri, eyni zamanda müvafiq aidiyyatı qurumlar dərslərin ənənəvi qaydada davam etməsini istəyirlərsə, izolyasiya qaydalarına tam riayət etmələri ilə bağlı mütləq məsuliyyətlə yanaşmalıdırlar.
Biz artıq görürük ki, yoluxma halları getdikcə artır. Ən geci iki həftə sonraya artıq müəyyən ərazilər üzrə qapadılmalara gedilə bilər. Ölüm hallarına təkcə şagirdlər arasında deyil, eyni zamanda müəllimlər və məktəb rəhbərləri arasında da rast gəlinir. Sumqayıtda bir gündə həm şagird, həm də məktəb direktoru dünyasını dəyişib. Məhz koronavirusdan dünyalarını dəyişdikləri qeyd olunub”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər