Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
04 Okt 15:42news
Yoluxma sayı artır: Məktəblər bağlanacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA
Ölkədə COVID-19 statistikasının son iki gününü müqayisə etsək yoluxanların sayında artım var. Belə ki, rəqəmlər 684-dən 712-yə qədər yüksəlib. Bu da ilk növbədə övladları ali və orta məktəblərdə təhsil alan valideynlərdə narahatlıq yaradıb.
Azərbaycanda təhsil sahəsində hər gün 2 milyon insan aktiv hərəkət edir. Sadəcə ibtidai siniflərdə 600 min şagird təhsil alır, üstəlik onlarla birlikdə məktəbə valideynlər də gəlir. Bu rəqəmin iki dəfə artması deməkdir. Buna görə də bu say yoluxmaya ciddi şəkildə təsir göstərə bilər.
Bəs görəsən bu artım Ali və orta təhsil müəssisələrinin fəaliyyətini də məhdudlaşdıra bilərmi?
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən təhsil eksperti Kamran Əsədov hazırda məktəblərin bağlanmasının müzakirə mövzusu belə olmadığını deyib:
“Təbii ki, sağlamlıq vacibdir. Amma yoluxma sayının artması məktəblərin bağlanmasına gətirib çıxara bilməz. Biz ötən il ilə müqayisəni aparsaq, yoluxma sayı bu həddə çatanda narahat olurduq və tədrisin dayanması haqqında qərarlar verilirdi. İndi isə ölkədə insanların böyük əksəriyyəti vaksin olunub. Eyni zamanda təhsil sahəsində çalışanların da 95%-i peyvənd olunub. Onlar arasında immunitet sertifikatı olanlar da var. Bütün bu rəqəmlərin hər biri təlim-tədris prosesinin dayandırlması ehtimalını sıfıra endirir. Təhsil müəssisələrinin açıq olması yoluxma sayını nəzarətdə saxlamağa imkan verir, çünki hər gün onlar yolxalanılır. Xəstəliyin əlamətləri olan şəxslər təcrid olunur”.
Təhsil eksperti Kamran Əsədov təhsil sahəsində yoluxanların statistikasının hazırda açıqlanmaması məsələsinə də aydınlıq gətirib:
“Hər il bu statistika Təhsil Nazirliyinə Operativ Qərargah yaxud da rayonlar üzrə epidemioloji idarə tərəfindən təqdim edilirdi. Hazırda təqdimat olmadığına görə Təhsil Nazirliyi də statistikanı açıqlamır”.
Mövzu ilə bağlı sayt Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla da əlaqə saxlayıb.
O, yoluxma sayında artımın 3 ya da 4 gün davam edəcəyi təqdirdə Ali və orta təhsil müəssisələrində təlim-tədris prosesesinin dayandırılması haqqında müzakirələr aparılacağını bildirib:
“Koronavirusa yoluxma sayında artım olan zaman təhlil aparılır və tədrisin davam edib-etməyəcəyi ilə bağlı qərar qəbul edilir. Bir günlük statiskaya əsasən təhlil aparılmır”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər