Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 İyl 16:38Olke
Toyların keçirilməsinə yenidən məhdudiyyət qoyulacaq? - RƏSMİ AÇIQLAMA
İcaze.e-gov.az” portalı vasitəsilə şənlik mərasimlərinin sistemə daxil edilməsi ilə bağlı proses avqust ayında da davam edəcək”.
Respublikaxeber.az xəbər verir ki, Bu barədə Oxu.Az-a Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) Layihə idarəetmə ofisinin müdiri Aynur Qurbanlı məlumat verib.
Belə ki, sosial mediada avqust ayından etibarən restoranların şənlik mərasimlərinin keçirilməsinə dair müraciətləri dayandırdığı ilə bağlı iddialar mövcuddur. Bu iddialara cavab verən Aynur Qurbanlı bildirib ki, qurum tərəfindən belə bir məlumat verilməyib:
“Biz tərəfdən proses avqust ayında da davam etdiriləcək. Bu məsələ ilə bağlı hər hansı qərar mövcud deyil. Biz tərəfdən bütün məsələlər qərarla tənzimlənir”.
Qurum rəsmisi eləcə də, Məhərrəmlik ayında toyların keçirilməsi məsələsinə də toxunub:
“Məhərrəmlik ayı ilə bağlı qərarda heç bir əlavə qeyd nəzərdə tutulmayıb. Pandemiya zamanı istənilən vaxt tədbir keçirmək mümkündür. Qanunda bu məsələ ilə bağlı hansısa qadağa nəzərdə tutulmayıb”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən xüsusi karantin rejimində Azərbaycanda şənliklərin keçirilməsi “icaze.e-gov.az” saytı ilə tənzimlənir. Sistemə mühüm səlahiyyətli şəxs, yəni məkanın rəhbər şəxsi “ASAN Login” və ya elektron imza ilə giriş edərək müvafiq tələb edilən məlumatları daxil edə bilər.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi