Sorğu
Оцените работу движка

04 Apr 11:08Rusiya

Rusiya qoşunları Ukraynanın bu vilayətini tərk etdi

Rusiya qoşunları Ukraynanın bu vilayətini tərk etdi

Rusiya qoşunları Ukraynanın Sumı vilayətini tərk edir.

Respublikaxeber.az “Report”a istinadən xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının sədri Dmitri Jivitski bildirib.

O, Rusiya qoşunlarının bölgə ərazisindən fəal şəkildə çıxarıldığını vurğulayıb.

"Sumı vilayətindən şad xəbərimiz var. Dünəndən etibarən Rusiya qoşunları bölgəmizdən fəal şəkildə öz ərazilərinə getməyə başlayıblar. Son günlər biz Rusiya qoşunlarının Belopolyedən Konotopun özünə qədər cəmləşməsini müşahidə etdik. Yeni hərbi karvanlar daxil olub, onlar vilayətdə, icmalarda terrorla məşğul olublar, dinc əhaliyə atəş açıblar, meşələri, evləri, küçələri tanklardan, qumbaraatanlardan atəşə tutublar”, - Jivitski deyib.

Onun sözlərinə görə, bununla belə, bu gün vilayətin azad edilməsindən danışmaq hələ tezdir, çünki təmizləmə davam edir, lakin düşmənin hərbi texnikası ərazini tərk edib.

"Artilleriyamız yetişirdi. Onlar dağılmış tankları, dağılmış texnikanı sürüyürdülər, bütün bunlar sadəcə olaraq onların çatışmazlıqlarını ört-basdır etmələri ilə bağlı idi", - o əlavə edib.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi