Sorğu
Оцените работу движка

08 Mar 13:44Kriminal

Rusiya Sumı şəhərini bombardman etdi: İkisi uşaq olmaqla 18 nəfər öldü - YENİLƏNDİ

Rusiya Sumı şəhərini bombardman etdi: İkisi uşaq olmaqla 18 nəfər öldü - YENİLƏNDİ

Ötən gün yaşayış evlərinə atılan bombalar nəticəsində Sumı şəhərində 18 dinc sakin, o cümlədən iki uşaq həlak olub.

Respublikaxeber.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko danışıb.

Onun sözlərinə görə, dağıntıların aradan qaldırılması prosesi davam edir.

09:41

Ukraynanın Sumı şəhəri və şəhərətrafı əraziləri Rusiya aviasiyası tərəfindən bombardman edilib.

Respublikaxeber.az xəbər verir ki, hadisə nəticəsində yaşayış evləri dağıdılıb, mülki əhali arasında ölən və xəsarət alanlar var.

Məlumatı Sumı Regional Hərbi Administrasiyasının sədri Dmitri Jivitski də təsdiq edib.

Ukraynalı rəsmi ölənlər arasında azyaşlıların olduğunu da bildirib.

Hələlik mülki əhali arasında 10 nəfərin həlak olduğu bildirilir. Ölənlərin sayının yüksələcəyi istisna edilmir.

Bombardmana məruz qalan digər ərazi Ukraynanın Sumı vilayətinin Axtırka şəhəri və Bitisa kəndi olub.

Yerli qurumlardan verilən məlumata əsasən, hazırda adı qeyd olunan şəhər və kəndin ərazisində xilasedicilər işləyir, əraziyə tibbi yardım briqadaları cəlb edilib.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi