Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
21 Okt 19:20Olke
Ombudsman Ermənistanın Gəncə şəhərini ballistik raket atəşinə tutması barədə hesabat hazırlayıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutması nəticəsində baş vermiş çoxsaylı insan tələfatı, yaralanma və dağıntılarla əlaqədar HESABAT hazırlayıb.
XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, Azərbaycanın dinc əhalisini qətlə yetirmək məqsədi ilə ardıcıl olaraq hərbi təxribatlar törədərək sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətlərini davam etdirən Ermənistan silahlı qüvvələri 2020-ci il 17 oktyabr tarixində gecə saat 01 radələrində cəbhə bölgəsindən 100 km uzaqda yerləşən, ölkəmizin qədim tarixə malik ikinci böyük şəhəri olan Gəncənin əhalinin sıx məskunlaşdığı mərkəzi hissələrini növbəti dəfə Ermənistan ərazisindən ballistik raket atəşinə tutub.
Gəncə şəhərində dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin Ermənistanın növbəti hərbi təcavüzünə məruz qalması nəticəsində yenə də insanlar arasında çoxsaylı tələfat və yaralanma halları baş vermiş, bir çox mülki infrastruktur obyektləri dağıdılmış, beləliklə də mülki əhaliyə külli miqdarda maddi, mənəvi və fiziki ziyan vurulub.
Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini 17.10.2020-ci il tarixdə ballistik raket atəşinə tutması nəticəsində 4-ü kişi, 5-i qadın, 5-i uşaq olmaqla 14 nəfər həlak olub, 25-i kişi, 23-ü qadın, 9-u uşaq olmaqla isə 57 nəfər yaralanıb.
Eyni zamanda, raket mərmilərinin partlaması nəticəsində fərdi yaşayış evlərinin və digər mülki obyektlərin dağıntılara məruz qalması mülki əhaliyə külli miqdarda ziyan dəyməsinə səbəb olmuşdur. Belə ki, 20 ev tamamilə dağılmış, ətrafda olan bir çox bina, obyekt, o cümlədən 4 uşaq bağçası-körpələr evi, 1 məktəb və 1 uşaq poliklinikası zərər görüb.
Sənəm Əliyeva

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi