Sorğu
Оцените работу движка

19 Okt 11:31Olke

Qətərin “Əl-Şərq” qəzeti Ermənistanın Gəncəni raket atəşinə tutmasından yazıb

Qətərin “Əl-Şərq” qəzeti Ermənistanın Gəncəni raket atəşinə tutmasından yazıb
Qətərin ərəb dilində nəşr olunan və ölkədə ərəb dilli qəzetlər arasında ən geniş oxucu kütləsinə malik “Əl-Şərq” qəzetində Ermənistanın oktyabrın 17-də Gəncə şəhərinin mülki əhalisini ballistik raket atəşinə tutması ilə bağlı yazı dərc olunub.

XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, yazıda hücum nəticəsində 2-si uşaq olmaqla 12 mülki şəxsin həyatını itirdiyi, 40 nəfərin yaralandığı, evlərə və digər mülki obyektlərə zərər dəydiyi qeyd edilib.

Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin şəxsi “Twitter” hesabından etdiyi paylaşımlara istinadən bildirilib ki, Ermənistanın mülki əhalini atəşə tutması döyüş meydanında aldığı məğlubiyyətlər səbəbindəndir və məqsədyönlü şəkildə həyata keçirilmiş bu aktlar Ermənistanın acizliyinə dəlalət edir.

Yazıda dağılmış 20-dən çox mənzilin dağıntıları altından yaralıların və həlak olanların cəsədlərinin çıxarılması üçün axtarış və xilasetmə əməliyyatlarının davam etdiyi bildirilib, hadisənin təfərrüatları ilə bağlı ətraflı məlumat verilib.









Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi