Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
15 Okt 10:40Olke
Gəncə İH Ermənistanın hərbi təcavüzü ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
Ermənistan hərbi-siyasi rəhbərliyinin Gəncədəki mülki obyekt və şəxslərə qarşı törətdiyi terror aktını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti (İH) tərəfindən Avropa İdman Şəhərləri və Paytaxtları Federasiyasına, Avropa Gənclər Forumuna, müxtəlif illərdə Avropanın gənclər paytaxları olmuş 12 şəhərin merlərinə, habelə Koreyanın Qvanqju şəhərinin rəhbərliyinə məktub göndərilib.
İcra hakimiyyətindən XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a daxil olan məktubda bildirilir ki, Gəncə şəhəri 4 oktyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən davamlı raket atəşinə tutulur. 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı Qüvvələri daha bir terror törədiblər. Belə ki, hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə, Ermənistan ərazisindən “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb. Ümumilikdə 4 oktyabr 2020-ci il tarixindən indiyədək 11 mülki şəxs həlak olub, 70-dən çox dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 7 yaşayış binası tamamilə dağılıb, Grand-Qafqaz Ticarət Kompleksinə və 100-lərlə obyektə ciddi ziyan dəyib.
10 oktyabr 2020-ci tarixində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskvada baş tutan görüşün nəticəsində olaraq edilən humanitar atəşkəs rejimi Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən kobudcasına pozulur. Erməni tərəfi humanitar atəşkəsin elə ilk dəqiqələrindən beynəlxalq humanitar hüququn öhdəliklərini pozaraq, məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəf alır, raket və artilleriya atəşinə tutur.
Məktubda qeyd edilir ki, Ermənistanın Gəncəyə teror aktı nəticəsində 3 uşaq hər iki valideynini itirib: " Gəncədə olan ölkə və yerli əhəmiyyətli tarixi abidələrə, dini məbədlərə, mədəniyyət obyektlərinə, habelə təhsil müəssisələrinə ciddi ziyan dəyib. Belə ki,1887-ci ildə inşa edilmiş Aleksandr Nevski Rus Pravoslav Kilsəsi, XIV əsrin “İmamzadə” Dini-Memarlıq Abidə Kompleksi, vaxtı ilə “Kişi gimnaziyası” kimi fəaliyyət göstərən, hazırda isə Azərbaycan Dövlət Aqrar Universitetinin istifadəsində olan yerli əhəmiyyətli tarixi abidə və Nizami kinoteatrı zərər görüb. 5 məktəb və 6 Körpələr evi-uşaq bağçası, həmçinin Gəncə Musiqi Kollecinin binasına ciddi ziyan dəyib.
Məktubda o da qeyd ounub ki, bu tip müharibə cinayətləri və terror aktlarına beynəlxalq ictimaiyyət tərəfindən lazımi reaksiyanın olmaması, erməni tərəfinin cəzasız qalması, Ermənistan Silahlı Qüvvələrini bu çirkin və qanunsuz əməlləri davam etdirməyə təşviq edəcəkdir.
Bu hərəkət Ermənistanın humanitar atəşkəsə riayət etmədiyinin, hərbi təcavüz və Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək niyyətinin bariz təzahürüdür.
Biz Ermənistanı beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar qanunlar üzərindəki öhdəliklərinə tabe olmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərildiyi kimi, Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyri-şərtsiz çəkilməsinə dair tələbləri yerinə yetirməyə çağırırıq".
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər