Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
15 İyn 22:02Olke
Respublikaxəbər.az-ın rəhbəri Elyaz Gülüyev, Göyçay RPŞ-nin DYPB-nin Şahin adlı əməkdaşının qanunsuz hərəkətləri ilə bağlı cənab Vilayət Eyvazova məlumat məktubu ünvanladı.
Respublikaxəbər.az-ın rəhbəri Elyaz Gülüyevin məlumat məktubunu təqdim edirik.
“15” İyun 2021- ci il № G-101/21
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə:
Surət Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə:
Surəti: Azərbaycan Respublikasının DİN cənab Vilayət Eyvazova:
Surəti: Azərbaycan Respublikasının Səhiyyə nazirinə:
Surəti: Göyçay Rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadəyə:
Surəti: Göyçay rayon prokuroru cənab Emil Hüseyinova:
Surəti: Göyçay RPİ-nin rəisi cənab Sənan Əsədova:
Surəti: Göyçay rayon, Ləkçıplaq kənd sakini Abdullayev Yaqub Tahir oğluna:
MƏLUMAT
(Göyçay RPŞ-nin DYP-bölməsinin Şahin və Nurlan adlı əməkdaşlarının qanunsuz hərəkətləri barədə)
Hörmətli, cənab Prezident,
Hörmətli rəhbərlər,
Məlumat üçün bildiririk ki, 09 iyun 2021-ci il tarixdə redaksiyamızın qaynarxətt nömrəsinə Göyçay rayon, Ləkçıplaq kənd sakini Abdullayev Yaqub Tahir oğlu tərəfindən Göyçay RPŞ-nin DYP-bölməsinin Şahin adlı əməkdaşının rüşvətxorluğu və digər qanunsuz hərəkətləri barədə məlumat daxil olmuşdur.
Məlumat verən şikayətçi Abdullayev Yaqub Tahir oğlu bildirmişdir ki, O, 08 iyun 2021-ci il tarixdə təxminən saat 21:30 radələrində Göyçay rayon ərazisində yerləşən "Sərin Məkan" adlı kafedə spirtli içki qəbul edərək yeyib-içib çıxdıqdan sonra sərxoş halda həmkəndlisi (xalası oğlu) Babayev Mürsəl Veysəl oğluna məxsus "MİTSUBİSHİ" markalı 23 BH 963 DQN nişanlı avtomobilə əyləşib bir qədər getdikdən sonra "KƏRPİC ZAVOD" un qarşısında Hyunday markalı, 99 YP 623 DQN nişanlı YPX-nin avtomobili ilə ona polis əməkdaşları dayanma əmrini vermiş, A.Yaqub isə həmin əməkdaşın dayanma əmrini icra etmiş, avtomobildən düşərək YPX-nin avtomobilinə sükanın sağ tərəfindəki qapıya yaxınlaşmış, ona sərxoş olduğunu bildirmişlər. Bundan sonra Y.Abdullayev sərxoş olduğunu etiraf etmiş və içəridə əyləşən əməkdaşa 10 azn (on) manat məbləğində pul vermişdir. YPX-nin əməkdaşları isə sərxoş halda qanunsuz idarə etmə hüququ olmadan idarə edən Y.Abdullayevə yaxşı yol deyərək yola salmışdırlar. Y.Abdullayev də qanunsuz və sərxoş halda idarə etdiyi avtomobilə əyləşərək yoluna davam etmişdir.
Səhəri gün yenə Y.Abdullayev Göyçay rayon ərazisində yerləşən Göyçay rayonunda Qayi Şahinin obyekti kimi tanınan " RÖYA ÇAY EVİ" adlı kafedə bir-neçə bakal pivə içmiş, oradan çıxmış və dünənki kimi yəni sərxoş halda həmkəndlisi (xalası oğlu) Babayev Mürsəl Veysəl oğluna məxsus "MİTSUBİSHİ" markalı 23 BH 963 DQN nişanlı avtomobilə əyləşib bir qədər getdikdən sonra Göyçay RPŞ-nin yaxınlığında yerləşən YDM-də avtomobilə yanacaq doldurub çıxdığı zaman yenə Hyunday markalı, 99 YP 623 DQN nişanlı YPX-nin avtomobili ilə ona polis əməkdaşları dayanma əmrini vermiş, A.Yaqub isə həmin əməkdaşın dayanma əmrini icra etmiş, polis əməkdaşları Yaquba sərxoş halda avtomobili idarə etdiyini bildirmişdir. Yaqubu sərxoşluğunu müəyyən etmək üçün həkim müayinəsinə aparmışlar, orada Yaqubun dediyinə görə sərxoşluğunu müəyyən edici cihazın sertifikatının olmamışdır. Lakin polislər isə Y.Abdullayevi Göyçay RPŞ-nin DYP bölməsinə gətirmişdirlər. Avtomobili cərimə meydançasına salaraq Y.Abdullayevə avtomobilin saxlanma aktına imza atdıraraq ondan 250 manat məbləğində cərimədir deyərək tələb etmişdirlər. Y.Abdullayev də 250 manat pulu Şahin adlı əməkdaşa vermiş, bundan sonra yenə də Y.Abdullayevə sərxoş halda xalası oğluna məxsus avtomobili geri qaytararaq yaxşı yol demişdirlər. Yaqub sonradan öyrənmişdir ki, sərxoş halda və idarə etmə hüququ olmadan avtomobili idarə edən şəxs üçün cərimə məbləği 250 manat deyil, çox miqdarda olmalıdır. O zaman Şahin adlı YPX-nin əməkdaşının ondan rüşvət aldığını bilmiş və redaksiyamıza müraciət edərək Göyçay RPŞ-nin DYP - Bölməsinin Şahin adlı əməkdaşının rüşvətxorluqla məşğul olduğunu bildirmiş və bu kimi qanunsuzluğa yol verən əməkdaşın ciddi cəzalanması üçün aidiyyatı qurumları məlumatlandırmağımızı və müraciətinin işıqlandırılaraqictimailəşdirməyimizi xahiş etmişdir.
Şikayət xarakterli məlumat əsasında 10 iyun 2021-ci il tarixdə qarşı tərəfin Göyçay RPŞ-nin DYP-bölməsinin Şahin adlı əməkdaşı ilə əlaqə saxladıq, Şahin adlı əməkdaş, özü barəsində irəli sürülən ittiham xarakterli iddianı qəbul etmədi, şər böhtan xarakterli məlumat olduğunu bildirdi. Qarşı tərəf təbii ki, barəsində olunan ittihamı qəbul etməz! Heç bir şəxs qanunsuzluğa yol verərək rüşvət aldığını deməz! Bu, birmənalıdır
Düz demiş atalar: "DOĞRUDUR! OĞRULARIN-ƏYRİLƏRİN ADƏTİ, DAİM İZ AZDIRARLAR, DANARLAR CİNAYƏTİ!" Heç bir cinayətkar öz cinayət əməlini asanlıqla etiraf etməz.
Bizim ondan mövqe öyrəndiyimizdən təxminən 10-15 dəqiqə sonra Göyçay RPŞ-nin DYP-bölməsi müxtəlif sənədləri düz-qoş etmək üçün özlərini sığorta etmək məqsədi ilə avtomobilin sahibi Göyçay rayon, Ləkçıplaq kənd sakini Babayev Mürsəl Veysəl oğlunu Göyçay RPŞ-nin DYP-bölməsinə dəvət etmiş, istədikləri formada avtomobilin sahibinə izahat yazdırmışdırlar ki, guyamışY.Abdullayev həmin avtomobili xalası oğlundan gizlin götürmüşdür.
Burada bir neçə sual yaranır!
İcazənizlə əvvəlcədən üzr istəyərək işə hüquqi qiymət verilməsinə əsas verən sualları qeyd etmək istəyirəm. Həmin suallar möhtərəm prokuror tərəfindən qoyulmasını xahiş edirəm. .
Sual- Y.Abdullayev xalası oğlunun avtomobilini gizlin icazəsiz götürmüşdürsə, 8 iyun 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixinə qədər avtomobilinin qaçırılması barədə nə üçün hüquq-mühafizə orqanlarına məlumat verməmişdir?
Sual- 8 və 9 iyun 2021-ci xalası oğlunun avtomobilini qanunsuz idarə edirdisə YPX-nin əməkdaşları iki gündür ardı-ardına saxlayaraq sənədləri nə üçün tələb etməmişdirlər?
Sual- Y.Abdullayev iddiasında bildirir ki, 9 iyun 2021-ci il tarixdə sərxoş halda YPX-nin Şahin və Nurlan adlı əməkdaşları tərəfindən cərimə meydançasına salınmış, və təxminən 15-20 dəqiqə sonra sərxoş halda 250 manat rüşvət olaraq pul ödədikdən sonra özü çıxartmış. Y.Abdullayev sərxoş olduğu halda və mülkiyyətçi tərəfindən etibarnamə olmadığı halda nə üçün Y.Abdullayevə yenidən avtomobil etibar edilib?
Bütün bunlarla bağlı Şöbənin nəzarət kameralarından sübuta yetirilməsini xahiş edirik.
Sonda onu da qeyd edərək bildiririk ki, vətəndaş Y.Abdullayevin dediyinə görə məlumat xarakterli məktubumuza fotoşəkilini qoşma olaraq göndərdiyimiz "RÖYA ÇAY EVİ" əslində Şahin adlı əməkdaşındır. Düzdür, onun adına olmasa da bir çox Göyçay sakinləri Şahinin kafesi kimi tanıyırlar. Şəkildə işarə ilə göstərmişik. Y.Abdullayevin dediyinə görə həmin kafe, kafe kimi görünsə də əslində Qayi Şahinin gizli postu imiş. Belə ki, həmin kafenin birinci mərtəbəsində Şahinin şəxsi otağı var imiş, Şahin həmin şəxsi otaqda əyləşərək müşahidə kameralarından yuxarıda spirtli içki içən və avtomobilə əyləşib hərəkət edən sürücüləri görür və dərhal onun arxasıyca gedərək biraz aralıda saxlayırmış.Bütün bunları vətəndaş Y.Abdullayev bildirib. Vətəndaş Y.Abdullayevin müraciəti ilə bağlı Respublikaxəbər.az saytımızda ictimailəşdirdikdəY.Abdullayevi Şahin və Nurlan həmin kafeyə dəvət edərək ona şikayətçi olmaması üçün onun könlünü almağa çalışmışlar. Həmin vaxt polis vətəndaş arasında etik-davranış kodeksləri də gobudcasınapozulmuşdur. Bununla bağlı şikayətçidə səs qeydi də var. Y.Abdullayevə isə nəticə etibarı ilə inzibati protokol tərtib edilmiş və müəyyən məbləğdə cərimə edilmişdir.
Cənab Nazir Vilayət Eyvazov!
Siz bilirsiz ki, mən Sizi və Siz başda olmaqla Azərbaycan Respublikasının DİO-da ləyaqətlə xidmət edən bütün polislərin fəaliyyətini dəyərləndirmişəm. Bəzi qanunsuzluğa yol verən əməkdaşların barəsində də real olaraq Sizə məlumat vermişəm.
Odur ki, vətəndaş Abdullayev Yaqub Tahir oğlunun müraciəti əsasında tam, obyektiv, qərəzsiz, doğru-dürüst və hərtərəfli araşdırma aparılaraq işə hüquqi qiymət verilməsi və nəticəsi barədə də müraciət müəllifinə və eləcə də redaksiyamıza məlumat verilməsi üçün aidiyyatı üzrə göstəriş verməyinizi Sizdən xahiş edirik.
Onu da qeyd edim ki, həmin barəsində şikayət edilən Göyçay RPŞ-nin DYPB-nin Şahin adlı YPX-nın inspektorunun ciddi cəzalanması bir-çox Göyçaylıların arzusudur.
Hörmətlə:
Təsisçi, baş direktor: Elyaz Gülüyev
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi