Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
05 İyn 12:35Bolge-Xeberleri
DYP-nin əməkdaşları xidməti avtomobili yüksək sürətlə hərəkət etdirərək az qala vətəndaşları tapdalamışdır?
Respublikaxəbər.az-a 03 iyun 2021-ci il tarixdə DYPI-nin əməkdaşlarının xidməti avtomobili yüksək sürətlə hərəkət edərək ictimaiyyətə açıqca hörmətsizlik etmələri barədə məlumat daxil olmuşdur.
Daxil olan məlumat əsasında səlahiyyətimiz çərçivəsində araşdırma apardığımız zaman deyilənlər öz təsdiqini tapmamışdır.
Belə ki, redaksiyamıza mövqe bildirən Şəki ŞRPŞ-nin DYPB-nin rəisi polis kapitanı cənab Şəhmir Uluxanlı mövqesində bildirmişdir ki, həmin hadisə 2 iyun 2021-ci il tarixdə vaş vermişdir. Ş.Uluxanlı qeyd edərək bildirmişdir ki, 2 iyun 2021-ci il tarixdə təxminən saat 17:00 radələrində Xaldan-Zaqatala-Gürcüstan yolunun Şəki rayon, Cumakənd kəndi ərazisindən keçən yolda Şəki rayon, Cumakənd kənd sakini Nurəddinov Rafiq Musa oğluna məxsus Vaz 2110 markalı, 55 BT 473 DQN nişanlı avtomobili azyaşlı uşaq idarə edən zaman YPX-nin əməkdaşları tərəfindən həmin sürücüyə dayanma əmri verilir, lakin azyaşlı uşaq yəni mülkiyyətçi Nurəddinov Rafiq Musa oğlunun 2006-cı il təvəllüdlü oğlu Nurəddinov Səyyad Rafiq oğlu YPX-nin əməkdaşının dayanma əmrinə tabe olmur və hərəkəti davam etdirir. Bir qədər getdikdən sonra avtomobili idarə edən uşaq dərhal kəndin içəri küçələrinin birinə daxil olur. YPX-nin əməkdaşları isə manevr edərək geri qayıtmaq istədikdə kənd sakinlərindən bir-neçə nəfər polisin fəaliyyətinə mane olur. Nəticədə polislə vətəndaş arasında mübahisə yaranır. Vətəndaşların müraciəti əsasında hadisə yerinə Şəki ŞRPŞ-nin əməkdaşları hadisə yerinə gələrək məsələyə aydınlıq gətiriblər. Daha sonra avtomobili qanunsuz idarə edən azyaşlı uşaq olduğu üçün uşağın atasının barəsində inzibati protokol tərtib edərək 60 manat məbləğində cərimə edilib, digər polisin fəaliyyətinə mane olan şəxs üçün isə ciddi tədbir görülmüşdür. Onu da qeyd edək ki, həmin vaxt qanunsuz olaraq atasına məxsus avtomobili idarə edən sürücünün arxasıyca gedən, yəni həmin avtomobilə dayanma əmrini verən YPX-nin xidməti avtomobilində əməkdaşlar Musa Məmmədov, Namiq Yusifov və Əbülfət Məmmədov olmuşdurlar. Xidməti avtomobilin nömrəsi isə 99 YP 836 olub. Videogörüntünü izlədiyimiz zaman YPX-nin əməkdaşlarının barəsində deyilənlərin yalan olduğunun şahidi olduq. Qarşı tərəfi dinləməyə hazırıq!
Respublikaxəbər.az 0518310101
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi