Sorğu
Оцените работу движка

14 İyn 17:49Bolge-Xeberleri

Şəkidə baş vermiş avtoqəza zamanı 4 nəfər xəsarət alıb

Şəkidə baş vermiş avtoqəza zamanı 4 nəfər xəsarət alıb

Şəkidə yük maşını ilə minik avtomobili toqquşub, biri ağır olmaqla dörd nəfər xəsarət alıb.

APA-nın şimal-qərb bürosuna istinadən Respublikaxeber.az xəbər verir ki, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu Vərəzət kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəki şəhər sakini, 1975-ci il təvəllüdlü Elçin Yaqub oğlu Məmmədovun idarə etdiyi “Qaz 3321” markalı yük maşını ilə Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü Şirxan Rafiq oğlu Mikayılovun idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobili toqquşub. Qəza zamanı minik avtomobilində olan sərnişinlər - Şəki rayonunun Baş Zəyzid kənd sakinləri – 2001-ci il təvəllüdlü Həsən Nadir oğlu Əhmədov, 2000-ci il təvəllüdlü Ceyhun Elman oğlu İsayev, 2003-cü il təvəllüdlü Mustafa Kazım oğlu Salmanlı və Vərəzət kənd sakini, 2003-cü il təvəllüdlü Turqut Hakim oğlu İsgəndərov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Yaralılardan Həsən Əhmədova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir. Digər yaralıların xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi