Sorğu
Оцените работу движка

20 Mar 22:44Olke

RƏİS MÜAVİNİ TİCARƏTLƏ MƏŞĞULDUR, YOXSA BAZARA KRİŞALIQ EDİR?

RƏİS MÜAVİNİ TİCARƏTLƏ MƏŞĞULDUR, YOXSA BAZARA KRİŞALIQ EDİR?
Göyçay rayon, Hacallı kənd sakini Şıxəliyev Eldar Muxtar oğlu tərəfindən redaksiyamıza şikayət ərizəsi daxil olmuşdur. Vətəndaş Şıxəliyev Eldar Muxtar oğlu şikayət ərizəsində bildirib ki. 2020-ci ilin təxminən oktyabr ayında ona kənd sakinlərindən məlumat daxil olub ki, Göyçay rayon, Qaraxıdır kənd ərazisində yüksək tonajlı maşınlarla odun, ot və mal peyini satılır. E.Şıxəliyev də həmin ünvana gedərək ona daxil olan məlumatın doğru olub-olmadığını yoxlamış. Nəticə etibarı ilə
daxil olmuş məlumatın doğru olduğunun şahidi olmuşdur. Sonra əlindəki özünə məxsus Samsung markalı,Galaxy A71 model mobil telefonu ilə həmin mənzərəni qeydə almış və həmin an DİN-nin 102 saylı qaynarxətt xidmətinə məlumat vermişdir. Verdiyi 102 məlumatına əsasən həmin yerə heç bir polis əməkdaşı gəlməmişdir. O da 102 xidmətinə zəng edib məlumat verdikdən sonra polis əməkdaşlarının gəlməyini gözləyib, sürücülər onu tanımadığı üçün bir-birilərinə deyiblər ki, hansısa şərəfsiz 102-yə şikayət edib, Qiyas müəllim deyir ki,dağılın. Sonra oradan hər bir sürücü öz maşını ilə bərabər uzaqlaşıb. E.Şıxəliyev deyir ki, O zaman mənə məlum oldu ki,bu bazara krişalıq edən Göyçay RPİ-nin İTŞ-nin rəisi polis mayoru Qiyas Behbudovdur. Şikayətçinin dediyinə görə onun şikayəti ilə bağlı onu heç bir orqan dəvət edib,şikayətini araşdırmayıb. Lakin bazarın fəaliyyəti bu gün də davam etməkdədir. Bununla bağlı Eldar Şıxəliyev dəfələrlə həmin bazarın fəaliyyətini davam etdirməyi ilə bağlı videoçəkiliş olaraq qeyd etmiş. Lakin yenə də müraciəti ilə bağlı araşdırma aparılmayıb. Sonuncu dəfə 2021-ci il tarixdə Göyçay RPİ-nin İTŞ-nin rəisi Qiyas Behbudovun qanunsuz hərəkətləri ilə bağlı E.Şıxəliyev, AR-nın Baş Prokuroruna və DİN-nin rəhbərliyinə elektron müraciət ünvanlayıb
və ünvanladığı şikayət ərizəsinə əsasən onu Göyçay Rayon Prokuroru özü qəbul etmiş, hörmətli prokuror şikayətini əvvəl şifahi dinləyib və sonra ona rəsmi ərizə yazmağını və həmin bazarın fəaliyyəti ilə bağlı qeydə aldığı videoçəkilişləri tələb etmişdir. E.Şıxəliyev də Göyçay rayon Prokurorunun göstərişlərini layiqincə yerinə yetirmiş,onun tələb etdiyi kimi rəsmi ərizə yazıb və mobil telefonu ilə qeydə aldığı videoçəkilişləri diskə köçürərək Göyçay rayon prokurorluğuna təqdim etmişdir. Buna baxmayaraq yenə də həmin bazar öz fəaliyyətini yüksək səviyyədə,yəni əvvəlkindən daha da geniş formada davam etdiyini bildirib.
Eldar Şıxəliyev başına gələn qanunsuzluqlarla bağlı müraciətinin işıqlandırmasını və eləcə də aidiyyatı qurumlara məlumat verməyimizi xahiş etmişdir.
Odur ki, hazırda şikayətçinin qeyd etdiklərinin həqiqətə uyğun olub-olmaması ilə bağlı tərəfimizdən tam, obyektiv araşdırma aparılması və nəticəsi barədə redaksiyamıza və eləcə də müraciət müəllifinə məlumat verilməsi ilə bağlı aidiyyatı qurumlara məktub hazırlayırıq.
Tərəfləri dinləməyə hazırıq!

RƏİS MÜAVİNİ TİCARƏTLƏ MƏŞĞULDUR, YOXSA BAZARA KRİŞALIQ EDİR?

Respublikaxəbər.az 0518310101
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: