Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 İyn 22:47Olke
Ağsuda polis özbaşnalığına dözməyən bələdiyyə sədri prezidentə və V.Eyvazova müraciət etdi 06/09/2021
Ağsu sakini Xəlilli Fariz Sabir oğlu AzTimes.az saytına istinadən Respublikaxeber.az saytına müraciət məktubu ünvanlayıb. O , başına gəlmiş hadisənin ictimailəşdirilməsini xahiş edib. Müraciəti olduğu kimi sizə təqdim edirik:
“Ağsuda durum doğrudan da acınacaqlıdır. Polis özbaşınalığına son qoyulacağına inanaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də üç yerdən məktub ünvanladığım Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, eləcə də zəng edərək məlumatlandırdığım Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova müraciət
Mən, Xəlilli Fariz Sabir oğlu alim və müəlliməm. Tarixçiyəm, arxeoloqam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimiyəm. Ağsu rayonu Gəgəli kəndində qeydiyyatdayam və orada yaşayıram. Ağsu rayonu Gəgəli Bələdiyyəsinin sədriyəm.
24.05.2021-ci ildə Gəgəli Bələdiyyəsinin 18 may 2021-ci il tarixli 10 saylı iclasının qərarının “Ağsu rayonu Gəgəli Bələdiyyəsi Zəfər parkı MMC”-nin yaradılması məqsədilə MMC-yə direktor təyin edilmiş Şəhid leytenant Kamran Quluzadənin atası Pərviz Quliyevlə aidiyyatı sənədləşmələri yerinə yetirmək üçün Şamaxı və Ağsu şəhərlərində olmuşam.
Ağsu şəhərində olarkən Heydər Əliyev parkına girişdə tələskənlikdən (saat 17.00-da magistrlərimin illik dissertasiya hesabatı iclası başlanırdı) və unutqanlıqdan maşından çıxarkən qoruyucu tibbi maskanı çox az müddətdə taxmadan açıq havada hərəkət eləmişəm. Yanımda olan qohumum Həzi Həsənov mənə maskanı taxmadığımı xatırladıb. Mən maşından 20-25 metr aralanmışdım və ondan maskanı götürmək üçün maşını açmasını xahiş etdim, maşına doğru hərəkət elədim. Bu 3-5 dəqiqəlik müddətdə bizi izləyən polis əməkdaşı Şıxəliyev Zəka kənardan səslədi, yanına gəlməsini tələb elədi. Mən iki əks istiqamət arasında qaldım. Ani qərar verdim ki, polis əmrinə tabe olmaq lazımdır və polisə doğru hərəkət elədim. Polis özünü təqdim etdi və mənə qoruyucu tibbi maskanı taxmadığımı izah elədi. Mən də bunun fərqində olduğumu, unutduğumu və maşından onu götürməyə getdiyimi dedim. Mənə artıq gec olduğunu və protokol tərtib olunmalı olduğunu bildirdi. Mən də “buyurun, protokolumu yerində tərtib edin”, dedim. Mənim saat 17.00-da Teams proqramı ilə magistrlərimin dissertasiya hesabatı olduğunu və mənim məruzəçi olduğumu bildirdim. Polis əməkdaşı Zəka Şıxəliyev yerində protokol tərtib etmək hüququnun olmadığını, protokolun ancaq və ancaq polis idarəsində tərtib oluna biləcəyini bildirdi. Mən izahat istədim. Rəisimiz belə təlimat verib dedi. Bu hadisə mərkəzi küçədə baş verdiyi üçün Gəgəli kəndinin sakinlərindən orada olanlar vardı, yaxınlaşdılar, mənim ziyalı olduğumu, tarixçi və müəllim olduğumu, həm də Gəgəli Bələdiyyəsinin sədri olduğumu dedilər. “Sədr” sözünü eşidən kimi Zəka Şıxəliyev polis rəisinin müavini Vüsal Əliyevə zəng elədi. Vüsal Əliyev Zəka Şıxəliyevə təcili onu bölməyə gətirin əmri verdi. Bu məqamda mənimlə olan şəhid atası Pərviz Quliyev və qohumum Həzi Həsənov maskamı mənə gətirdilər və Zəka Şıxəliyevdən dəfələrlə xahiş etdilər ki, protokolu yazsın, gedək. Bizə məhəl qoyulmadı. Polis maşını gəldi və mən heç bir etiraz etmədən maşına özüm oturdum. Məni polis idarəsinə gətirdilər. Telefonumu aldılar və mənə magistr dissertasiyaları ilə bağlı tələbələrimin hesabatına qoşula bilməyəcəyimi deməyə imkan vermədilər. Şəhid atası Pərviz Quliyev də mənimlə gəlmək istədi, xahiş etdim ki, gəlməsin. Bu məqamda qarşımıza həyətdə polis rəisinin müavini Vüsal Əliyev çıxdı. Məni görən kimi nalayiq, ziyalı heysiyyatıma toxunan ifadələr işlətdi. Mən unutduğumu, səhvimi tez anladığımı və polisin iradından əvvəl maşından maskamı götürməyə getdiyimi dedim. Vüsal Əliyev dedi ki, “bir dəqiqə də açıq havada maskasız olmaz”. Mən də polis rəisinin müavini Vüsal Əliyevin özünə irad tutdum ki, Sizinlə məsafəmiz bir metrdən azdır və mən maskalı, Siz maskasızsınız. Sizin haqqınızda kim protokol tərtib edəcək? Vüsal Əliyev əsəbiləşdi və əmr elədi, həbs olunsun, həbs olunsun. Məni ikinci mərtəbəyə gətirdilər, qarşıma çıxan bütün polis əməkdaşları maskasız idi. Mən də hamısına bir müəllim və ziyalı kimi irad tutdum. Mənim haqqımda ittihamı Vüsal Əliyevin əmri ilə dəyişdilər. O otağına əsəbi halda girir, çıxır, qapını çırpır, 510 və 535.1 əlavə olunsun, əlavə olunsun, deyirdi. Doğrusu bu maddələrin nə anlama gəldiyini heç bilmirdim. Protokola imza atmağımı istədilər, oxudum. Xuliqanlıq, polisə müqavimət göstərməyi gördüm və imzalamadım. Mənə Azərbaycan Respublikasının qanun keşikçiləri tərəfindən böhtan atılması və şərlənməyim pis təsir elədi. Mən ömrünü elmə həsr eləmiş adamam, insan yetişdirən müəlliməm. Mən bir bələdiyyənin sədriyəm, icmanı inşa etməklə məşğulam, insanları qanuna, qanunçuluğa çağırıram. Mən günahkar deyiləm. Mən Azərbaycan polisindən humanizm gözlədiyim halda şərləndim.
Mənim haqqımda sənədləri topladılar və Ağsu şəhəri məhkəməsinə göndərdilər. Məhkəmə iş saatı bitməsinə baxmayaraq təşkil olundu, üç polis danışdı, məni ittiham elədilər. Mən isə vəkilsiz, şahidlərim dinlənilmədən təkcə özümü müdafiə eləməli oldum. Məhkəmə məni İnzibati Xətalar Məcəlləsinin 211.2, 510 və 535.1 maddələri ilə təqsirli bildi və 535.1 maddəsi ilə 200 (iki yüz) manat cərimələdi.
Mən məhkəmə qərarının ədalətsiz olduğunu, hüquqlarımın pozulduğunu, adı çəkilən maddələrin mənim şərəf və ləyaqətimi alçaltdığını bir daha bildirirəm.Bildirmək istəyirəm ki, tabeliyinizdə olan polis işçiləri tərəfimə böhtan atıblar. “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq” adı ilə şərlənmişəm. Əgər polis rəisi müavini Vüsal Əliyevin maska taxmamasının ona irad tutulması bu maddəni tövsif etmək deməkdirsə, onda qanunçuluq haradadır? Mənə xırda xuliqanlıq da yazıblar. Mən xırda xuliqanlıq etməmişəm, ictimai qaydanı pozmamışam, mən heç kimi hədələməmişəm. Mənə nə deyiblərsə, hamısına əməl eləmişəm.Mən polis rəisinin müavini Vüsal Əliyevi ikinci dəfədir ki, görürdüm. Birinci dəfə Şəhid Kamran Quluzadənin dəfninin sabahı günü Gəgəli kəndinə karantin qaydalarına zidd olaraq özbaşına post qurması və şəhidin anım mərasiminə gələnləri kənddən uzaqlaşdırması ilə yadda qalıb. O zaman mən Nazirlər Kabinetinin qərarını onlara xatırlatdım və postun quraşdırılması üçün onların səlahiyyətli olmadığını bildirdim. Mərhum başçı Vahid Tağıyev bunu başa düşdü və postun aradan qaldırılmasını xahiş etdi. Çünki Gəgəli camaatını ayağa qaldırmışdılar. Bir dəfə internetdə axtarış edin və görəcəksiniz ki, işçiniz Vüsal Əliyev və onun əmrində olanlar polis adını ləkələyir və Ağsu camaatını narazı salırlar. Mən şəxsən protokolun yerində tərtib edilməməsini rüşvətxorluqla əlaqələndirirəm və bu haqda şikayətlərin başıma gəldikdən sonra haqlı olduğunu düşünürəm.Mənim təməl hüquqlarım pozulub. Konstitusiyanın 24-cü maddəsinə görə insan ləyaqəti qorunur və ona hörmət edilir. Polis əməkdaşları mənim insan kimi ləyaqətimi nəinki qorumadılar, əksinə humanizmdən uzaq olaraq alçatdılar və şərlədilər. 25-ci maddəyə görə hamı qanun və məhkəmə qarşısında bərabər olduğu halda polis rəisinin müavini maska taxmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məni maska taxmamaqda günahlandırır. Məhkəmədə mən qeyri-bərabər şəraitdə şahidlərim olduğu halda tək, polislər üç nəfər hüquq müdafiə ediblər. Mən polis rəisinin müavini Vüsal Əliyevin maska taxmadığı halda məni maska taxmamağa görə cərimələməsinin qanuna zidd və qeyri-bərabərlik olduğunu düşünürəm. Bu hadisədə mənim təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, əmək, şərəf və ləyaqətin müdafiəsi kimi hüquqlarım pozulub. Mənim hüquqlarımın bərpa olunmasına köməklik göstərməyinizi, günahkarların araşdırılmasını və cəzalandırılmasını xahiş edirəm.Bu məktubuma fotosunu yerləşdirdiyim Ağsu rayon Polis şöbəsinin rəisi Fəxrəddin Abbasov tərəfindən cavab məktubu yazılmışdır. Məktub təəssüf doğurur. Birincisi, məktubun blank hissəsi düzgün tərtib edilməmişdir. Məktubda əks olunan telefon nömrəsi Ağsu rayonu Polis Şöbəsinə məxsus deyil və işləmir. Kürdəmirə aid hansısa nömrədir. İkincisi, məktubda mənim adım iki yerdə yazılmış, hər ikisi yanlış yazılmışdır. Mənim adım Farizdir, Sabir deyil. Üçüncüsü, hadisənin baş verdiyi tarix yanlış yazılmışdır. Hadisə 25.05.2021-ci il tarixdə deyil, 24.05.2021-ci il tarixdə baş vermişdir. Dördüncüsü, yanlışlıqlar davam etmiş, hadisənin təsviri və mənə istinad edilən ifadələr qəbuledilməzdir. Görün, mənim kimi bir alimi necə savadsız dövlət qulluqçuları mühakimə edir. Etiraz edirəm. haqq, ədalət üzə çıxsın.”
Respublikaxeber.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
GÜBRƏ DOLU TIR, KAMAZLA TOQQUŞDU DƏRƏYƏ AŞDI
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB