Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
17 Noy 15:56Olke
NƏRİMANOV RPİ_nin 16-cı PB-nin rəisinin Baş Prokurorluqda və ya DİN-də arxası var.
Respublikaxəbər.az saytının təsisçi və baş direktoru Elyaz Gülüyev aşağıda göstərilən formada aidiyyatı qurumlara şikayət məktubu ünvanlamasına baxmayaraq hələ də müraciətinə baxılmadığını deyir. Elyaz Gülüyev onun şikayət məktubuna baxılmamasının səbəbini belə düşünür ki, ola bilər ki, həmin PB-nin rəisinin Baş Prokurorluqda və ya DİN-də arxası var və həmin arxalar məktubun rəhbərliyə çatmasına mane olurlar.
Elyaz Gülüyevin ünvanladığı şikayət məktubunu Sizə təqdim edirik.
AZƏRBAYCAN RESPUBLİKASI
RESPUBLİKAXƏBƏR.AZ İNFORMASİYA-XƏBƏR PORTALI
AZ1073 Bakı şəh,Yasamal ray, Mətbuat pr, 529-cu məhəllə:
“Az Nəşriyyatı” 3-cü mərtəbə Əlaqə: (051) 8310101:
“___” _______2020- ci il №___ ________
Azərbaycan Respublikasının Baş Prokuroru cənab
Kamran Əliyevə:
Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri general
-polkovnik cənab Vilayət Eyvazova:
Şikayət
(Nərimanov RPİ-nin 16-cı PB-nin (polis mayoru) rəisinin hədə-qorxu ilə davranmaqla qanunsuzluğa göz yummağımı tələb etməsi və polis sahə inspektoru Şahin Dadaşovun qanunsuz hərəkətlərindən)
Hörmətli Baş Prokuror,
Hörmətli cənab Nazir,
İlk öncə mən bir Azərbaycan Respublikasının vətəndaşı olaraq, həm də bir media işçisi kimi Sizi salamlayıram. Salamımdan sonra bildirmək istəyirəm ki, həm Sizə ünvanladığım müraciət məktublarımda, həm də bütün ictimaiyyət içərisində Sizə qarşı özəl sevgimin və sayğımın olduğunu bildirmişəm. Sizin fəaliyyətiniz dövründə Sizə ünvanladığım bütün müraciət məktublarımda pozulmuş hüquqlarımın Sizə şikayətimdən sonra bərpa olunduğunu qeyd etmişəm. Elə buna görə də daxilimdən gələn bir istəyimlə Respublikaxəbər.az saytımın adı ilə Xüsusi Buraxılış olaraq 001 sayı POLİS QÜRURUMUZ VƏ GÜVƏN YERİMİZDİR adlı jurnal dərc etmişəm. Ayrıca olaraq Sizin fəaliyyətinizdən əlavə də xarici görünüşüzə böyük sevgi və sayğım olduğu üçün də Jurnalın üzərinə Sizin şəkilinizi dərc edib onunla böyük fərəh hissi duymuşam. Nəticə etibarı ilə Sizdən çox razıyam və Sizi hər zaman dəstəkləyirəm və dəstəkləyəcəm də! Bəzi polislərin etik davranış kodekslərini pozaraq mənimlə gobud rəftar etməsi məndə Sizə qarşı olan hörməti, sayğını, güvəni və etibarı yoxa çıxarda bilməz! Mən Sizi vəzifəyə təyin olunduqdan sonra tam tanımışam, Sizə qarşı olan sevgim və sayğım hər gün artıb və artmağa da davam edir. Çünki, mən hər zaman Sizə ümid edib, həyatdan əlimi üzməmişəm.
Hər zaman da hüquqlarımın pozulması ilə bağlı Sizə üz tutmuşam. Onu bilirəm ki, Sizə nə qədər müraciət etsəm də Siz narahat olmamısınız. Siz vətəndaş hüquqlarının bərpası üçün hər zaman müraciətləri diqqət mərkəzində saxlamısınız.
Yuxarıda qeyd olunanları mən tam səmimiyyətimlə qeyd edirəm. Sizə xoş gəlsin deyə deyil.
Hörmətli Baş Prokuror,
Hörmətli cənab Nazir,
Məlumat üçün bildirirəm ki, mən 2020-ci ilin sentyabr-oktyabr aylarından Nərimanov Rayon, Xanşunski , Mövsüm Sənani və digər küçələrində küçə ticarətlərinin olması barədə Nərimanov RPİ-nin 16-cı PB-nin polis sahə inspektoru Şahin Dadaşova zəng edərək məlumat verdim. Şahin Dadaşov mənimlə telefonda gobud rəftar etdiyi üçün DİN-nin 102 xidmətinə məlumat verdim. DİN-in 102 xidmətinə məlumat verdikdən sonra Nərimanov RPİ-nin 16-cı PB-də ərizə yazdıqdan sonra məni Şahin Dadaşov Xanşunski küçəsində yerləşən polis sahə məntəqəsinə dəvət etdi və izahatımı aldı. Sonra məni evimə gətirmək məqsədi ilə şəxsi avtomobilinə əyləşdirdi. Yol gələrkən mənə bildirdi ki, balam ölsün o küçə ticarətlərindən mənə bir qəpik çatmır. Onlar Şəhid ailələridir. Bir qədər gəldikdən sonra yəni Azadlıq küçəsi ilə 28 may metro-stansiyasına gedən istiqamətdə, Koroğlu Parkının yanındakı qəzet kioskini mənə göstərdi və dedi ki, bundan niyə yazmırsan? Bura Nəsimi rayonudur ona görə? Mən də Şahin Dadaşova bildirdim ki, mən harda görsəm yazıram, mənim üçün fərq etməz! Yəni mənim Sizinlə heç bir ədavətim, qərəzliliyim yoxdur. Sonra mən həmin yerdə avtomobildən enmək istədiyimdə Şahin Dadaşov mənə bildirdi ki, qardaş sənə bir torba qoyublar, yəni (bir sumka meyvə) o ağırdır, səni evinə qədər aparım. Mən də ona bildirdim ki, mənim meyvə almağa pulum var, mənə lazım deyil, deyərək qəzəbli halda maşından endim və evimə getdim. Bundan sonra bir neçə dəfə həmin ünvana baxdım və küçə ticarətlərinin sadəcə birinin, yəni polis sahə məntəqəsi ilə üzbə-üz olanın yığışdırıldığını gördüm, digərləri isə fəaliyyətini davam etdirirdi. Bundan sonra mən dəfələrlə DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdim, Məlumatımdan sonra Nərimanov RPİ-nin 16-cı PB-dən mənə zəng edərək bildirirdilər ki, gəl ərizə və izahat yaz. Mən də onlara bildirdim ki, mən neçə dəfə ərizə və izahat yazmalıyam? Mən Bakı Şəhər Baş Polis İdarəsində , Nərimanov RPİ-də və eləcə də Nərimanov RPİ-nin 16-cı PB-də ərizə və izahat yazmışam. Bir daha 102 xidmətinə zəng etdim. 102 xidmətindən mənə bildirdilər ki, Siz izahat verməkdən imtina etmisiz. O zaman mənə məlum oldu ki, 16-cı PB-i DİN-nin 102 xidmətinə yalan məlumat verib. Bir dəfə də mənə 16-cı PB-dən zəng gəldi ki, Siz hardasız? Sizi Rəis çağırır! Mən də bildirdim ki, Rəis məni neynir? ərizə və izahat yazmışam, tədbir görülməsi üçün göstəriş versin. Sonuncu dəfə 26 oktyabr 2020-ci il tarixdə səhər təxminən saat 10 radələrində Nərimanov RPİ-nə gedərək İTŞ-nin baş inspektoru polis mayoru Fuad Sultanovun yanına getdim və həmin küçə ticarətlərinin yığışdırılmadığını bildirdim. O isə mənimlə həqiqətən əvvəllər davrandığı kimi yenə çox nəzakətli şəkildə davrandı. Ümumiyyətlə mən hələ ilk dəfədir ki, Fuad Sultanov kimi səbrli və nəzakətli davranan polis görməmişdim. Düzdür, səbrli və nəzakətli davranan məmurlar çoxdur, sadəcə Fuad müəllimin tam səbrli davranması məni heyran etdi. Fuad Sultanov sonuncu dəfə 26 oktyabr 2020-ci il tarixdə məni rəis müavininin qəbuluna apardı. Rəis müavini mənə bildirdi ki, Elyaz sən get, 16-cı PB-nin rəisinin yanına səni gözləyir, məsələni ona danış, O, tədbir görəcək. Mən də rəis müavininə bildirdim ki, çox xahiş edirəm Fuad Sultanov mənimlə getsin,”elə bil ürəyimə dammışdı” məni birdən şantaj edib, hədə-qorxu gələrlər. Çox sağolsun, rəis müavini mənimlə Fuad Sultanovu göndərdi. Fuad Sultanovla 16-cı PB-nin rəisinin adını bilmədiyim rəis otağında əyləşən polis mayorunun qəbulunda olduq. Rəis müavini birdən birə mənim üstümə yüksək səslə qışqıraraq dedi ki, “SƏN KİMSƏN Kİ, KÜÇƏ TİCARƏTLƏRİNİ YIĞIŞDIRIRSAN! SƏNİN MƏQSƏDİN KÜÇƏ TİCARƏTLƏRİNİN YIĞIŞDIRILMASI DEYİL!, SƏNİN MƏQSƏDİN BİZDƏN PUL ALMAQDIR!, ONU DA GÖRMƏYƏCƏKSƏN! SƏNİ ELƏ ETMƏ Kİ, BU DƏQİQƏ PUL TƏLƏB EDİRMİŞ KİMİ REKET JURNALİST ADI İLƏ BASIM İÇƏRİ! Sonra da iki dəfə ardı-ardına mənə yüksək səslə qışqıraraq “ AYDINDIR?! AYDINDIR?!” dedi, mən də onun əsəbi olduğunu görüb, qorxdum ki, qarşısındakı əşyaları mənə vurar. Ona görə də aydındır deyərək əvvəl rəisin iş otağını və sonra da 16-cı PB-nin inzibati binasını tərk etdim.
Bir məsələni özəlliklə qeyd etmək istəyirəm ki, əlimdə olan POLİS QÜRURUMUZ VƏ GÜVƏN YERİMİZDİR adlı üzərində cənab Nazirimiz Vilayət Eyvazovun şəkili olan Jurnalımı da gördü və dedi ki, sən Jurnal buraxıb satırsan, Lazım deyil sənin jurnalın! Mən Azərbaycan Respublikasının DİO-da ləyaqətlə Xidmət edən başda cənab Nazirimiz olmaqla bütün polis əməkdaşlarının şərəfinə jurnal dərc etmişəm, polis mayoru isə mənim əlimdə jurnalın üzərində cənab Nazirimizin şəkili olmasını görməsinə baxmayaraq iş otağından qovdu. Mən həmin rəisdən və ya hansısa əməkdaşdan küçə ticarətlərinin yığışdırılmasını əsas gətirərək nə vaxt, harada və kimdən nə qədər pul tələb etmişəm? Bütün bunlarla bağlı çox xahiş edirəm obyektiv araşdırma aparılsın. Əlavə olaraq da hesab edirəm ki, həmin küçə ticarətləri həmin bölmənin rəisinindir. Çünki, O, bərk qəzəblənmişdir. Yəqin həmin küçə ticarətlərinin yığışdırılması ona sərf etmir. Mən hörmətli baş prokurorumuz cənab Kamran Əliyevə və cənab Nazirimiz Vilayət Eyvazova səslənirəm.
Hörmətli Baş Prokuror,
Hörmətli cənab Nazir,
Həmin Bölmənin rəisinin və polis sahə inspektoru Şahin Dadaşovun fəaliyyətləri ilə bağlı xidməti yoxlanılma aparılmaqla barələrində ciddi tədbir görülməsi və həmin küçə ticarətlərinin yığışdırılmasının təmin olunması və nəticəsi barədə də müraciət müəllifi olaraq mənə məlumat verilməsi üçün göstəriş verməyinizi xahiş edirəm.
Hörmətlə:
Təsisçi və baş direktor: Elyaz Gülüyev
Sənəm Əliyeva Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi