Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
25 Avq 12:15Olke
QAX RAYONUNDA BAŞ VERMİŞ MƏMUR ÖZBAŞINALIĞINDAN AĞASƏF MÜƏLLİMİN PREZİDENTƏ VƏ AİDİYYATI QURUMLARA MÜRACİƏT MƏKTUBU
Respublikaxəbər.az saytı Qax RPİ-nin və Qax Rayon Prokurorluğunun qanunsuz hərəkətləri ilə bağlı Şəki Rayon Baş Şabalıd kənd sakini Ağasəf müəllimin ölkə başçımıza və digər aidiyyatı qurumlara ünvanladığı şikayət məktubunu təqdim edir.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə:
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab
Kamran Əliyevə:
Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-
polkovnik cənab Vilayət Eyvazova:
Şəki rayon, Baş Şabalıd kənd sakini Gülüyev Ağasəf
Hüseyn oğlu tərəfindən: (050) 312 57 04
ŞİKAYƏT MƏKTUBU
(Qax rayonunda baş vermiş məmur özbaşınalığı ilə bağlı)
Hörmətli cənab Prezident!
Hörmətli Baş Prokuror!
Hörmətli cənab Nazir!
İradımı bildirməkdən əvvəl keçdiyim həyat yolu barədə qısa da olsa, məlumat vermək istəyirəm.
Mən 1951-ci ildə Şəki rayon, Baş Şabalıd kəndində anadan olmuşam. İlk öncə pedoqoji orta təhsilə, daha sonra pedoqoji ali təhsilə yiyələnmişəm. 50 illik əmək stajım var. 30 il Məktəb direktorunun müavini (dərshissə müdiri) və müəllim kimi gənc nəslin tərbiyyəsi ilə məşğul olmuşam. Bələdiyyə yaranan gündən seçkilərdə xalqın səsini qazanaraq 3 dəfə bələdiyyə üzvü seçilmişəm və bələdiyyədə sədr müavini və katib vəzifələrində işləmişəm. Əlavə olaraq bələdiyyədə 5 il 6 ay qulluqçu işləmişəm. Bir çox illər seçki komisyalarında məsul vəzifələrdə işləmişəm. 1997-ci ildə AXCP-nın ölkədə anarxiya ilə məşğul olduğu zamanda mən və başqa yoldaşlarım Baş Şabalıd kəndində YAP-nın ilk təşkilatını yaradaraq həmin vaxtdan təşkilatın sədr müavini vəzifəsində çalışmaqla onlarla insanların YAP-nın sıralarında olmasına nail olmuşam. 20 ildən artıqdır ki, Kənd ağsaqqallar şurasının sədri kimi ictimai vəzifəni yerinə yetirirəm. Başda mən və ailəm olmaqla bütün nəslimiz dövləti və dövlətçiliyimizi dəstəkləyən, prezidentimizə hörmət bəsləyən, dövlətin qanunlarına hörmət edən insanlarıq. Mən yuxarıda qeyd olunanları heç də özümə tərif vermək fikrində deyiləm. Bunlar mənim insanlıq və vəzifə borcumdur.
Hörmətli cənab Prezident!
Hörmətli Baş Prokuror!
Hörmətli cənab Nazir!
İndi isə icazənizlə iradlarımı bildirmək istəyirəm.
İradım ondan ibarətdir ki, Qax RPİ-də və Qax Rayon Prokurorluğunda məmur özbaşınalığı hökm sürür. Belə ki 18 iyul 2020-ci il tarixdə gecə radələrində 42 yaşlı oğlum (özü də babadır). Ailə münaqişəsi zəmnində həyat yoldaşının əsəbi olaraq 102 xidmətinə zəng etməsi ilə əlaqədar Qax RPİ-nin əməkdaşları tərəfindən polis idarəsinə aparılmış və orada polis serjantı Tərlan Salamov tərəfindən mədə, qaraciyar və böyrək nayihələrinə yumruqla, oturacağına isə təpiklə güclü zərbələr vurulmuşdur və işgəncə verilmişdir. Əlavə olaraq oğlum Xanlar Gülüyevi Polis İdarəsinin müvəqqəti saxlanc yerində saxlamışdırlar. Oğlum Xanlar nə qədər ağrı kəsici dərmanlar qəbul etsə də, rahatlıq əldə edə bilmir. Ömründə bir dəfə də olsa xəstəlikdən şikayət etməyən oğlum 01 avqust 2020-ci il tarixində gecə saat 00:26 dəqiqədə ağrılarının kəskinləşdiyi üçün dözə bilməyib, bir anlıq huşunu itirmiş və Səhiyyə Nazirliyinin 103 saylı qaynarxətt xidmətinə zəng edib dəvət etmişik, onlar da gəlib ilkin tibbi yardım göstərmişdirlər.
Belə ki, baxmayaraq ki, bu gün polis vətəndaşı (oğlum Xanlar Gülüyevi) döyməsinə baxmayaraq, Qax Rayon Prokuroru ilə Qax RPİ-i əlbir olaraq vətəndaşı döyən polis serjantı Tərlan Salamovu müdafiə edirlər. Hətta bu az deyilmiş kimi oğlum guyamış ki, polisə tabe olmayıb, polisə müqavimət göstəribmiş kimi onu qanunsuz məhkəməyə aparmağa cəhd edirlər. Gah Şəki ŞRPŞ-nin polis əməkdaşları zəng edir, gah da başqa yollarla özləri məhkəməyə aparmağa cəhd göstəriblər. Mən bir məsələni anlamıram ki, Məhkəmə tərəfindən oğlum dəvət olunub getməyib ki, onu məcbur aparmaq istəyirlər? Mənim oğlumun ünvanına heç bir məhkəmə bildirişi gəlməyib. Görülür ki, onlar Qax Rayon məhkəməsi ilə də danışıb əlbir olublar. Xeyr! Mənim oğlumun işinə Qax Rayon Məhkəməsi belə baxmağına tam etiraz edirəm. Çünki, Qax Rayon Hüquq Mühafizə orqanları hamısı birləşib, günahkar polis serjantını müdafiə etmək istəyirlər. Onların bu cür qanunsuz hərəkətləri onu göstərir ki, oğlum Xanların Tərlan Salamov və digər polis əməkdaşlarının barəsində verdiyi şikayəti geri götürsün. Əsla mənim oğlum şikayəti geri götürməyəcək! Həmin polis serjantı DİO-da bu əməlindən sonra işləyəcəksə, Dövlətdə heç cür ədalətdən danışıla bilməz! Və mən inanıram ki, ölkə rəhbərimiz başda olmaqla bütün adlarını qeyd etdiyim rəhbərlərim mənim səsimə səs verəcəklər, həmin polis serjantı Tərlan Salamovu mənim oğlumu döyərək əzab-əziyyət etməsi ilə bağlı barəsində qanuni tədbir görəcəklər. Əks təqdirdə bu ölkədə ən böyük özbaşınalıqdır. Hesab edirəm ki, həmin Tərlan adlı polis sravisinin arxasında hansısa yüksək səviyyəli məmur dayanır. Ona görə onun törətdiyi əməl gizlədilir. Mənim oğlumun polisə müqavimət göstərməsini onlar heç cür sübut edə bilmirlər, ancaq şər-böhtan atırlar. Amma Tərlanın mənim oğlumu döyməsi və üzrxahlıq etməsinə dair yetərincə sübutlarımız vardır.
Cənab Prezidentim İlham Əliyev olmaqla, bütün hörmətli qurum rəhbərləri!
Sizdən çox xahiş edirəm bu özbaşınalığa son qoyulmasını təmin edin. Belə özbaşınalıq ölkədə böyük bir fitnə-fəsada səbəb olar. Bir ziyalı kimi deyirəm ki, dəfələrlə cənab Prezidentin çıxışlarında eşitmişəm, deyir ki, vətəndaş incidilməməlidir! Vətəndaşıları incitməyin! Bunları kim edir?! Məmurlar! Cənab Prezidentə dəfələrlə məlumat məktubu gedib. Nə üçün buna göz yumulur? Bəlkə məktublarımızın belə çatmasına mane olurlar. Əyər bu özbaşınalığa son qoyulmazsa, mən şəxsən Prezidentimin əyləşdiyi binanın qarşısına gələrək oradan səslənərəm. Bir daha Sizdən həm bir ağsaqqal kimi, həm bir ata kimi, həm də bir dövləti və dövlətçiliyi dəstəkləyən bir insan kimi, dövlətə uzun illər qulluq edən bir şəxs kimi xahiş edirəm. Oğlumu döyərək ona əzab-əziyyət verən polis serjantının və Qax RPİ-nin digər qanunsuzluğa yol verən əməkdaşları təhqiqatçı Ramil müəllimin, Qıpçaq kənd üzrə ərazi Sahə rəisi Yaqub adlı şəxslərin barəsində ciddi tədbir görülsün. Eyni ilə də Qax Rayon Prokurorluğunun müstəntiqi Nərmin Həşimzadənin qəbul etdiyi əsassız qərarı ləğv edəsiniz. O, birtərəfli, qərəzli, qeyri-obyektiv araşdırma aparmışdır.
Hörmətlə: Gülüyev Ağasəf Hüseyn oğlu
Tarix: 25.08.2020
Sənəm Əliyeva

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ