Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
22 İyl 21:26Bolge-Xeberleri
Qax rayon polis idarəsinin Tərlan adlı sravi polisi vətəndaşa ağır əzab verərək döyüb
Respublikaxəber.az-a verilən məlumata görə Şəki rayon Baş Şabalıd kənd sakini Güluyev Xanlar Ağasəf oğlu Qax rayon Polis İdarəsinin inzibati binasında döyülərək ona əzab verilmişdir. Belə ki, redaksiyamızın qaynar xətt nömrəsinə Şəki rayon Baş Şabalıd kənd sakini Gülüyev Xanlar Ağasəf oğlu zəng edərək bildirmişdir ki, o bir neçə aydır ki, Qax rayon Qıpçaq kəndinin mərkəzində icarəyə kafe götürərək həyat yoldaşı ilə birlikdə işlədib. 18 iyul 2020-ci il tarixdə gecə saatlarında kafeyə yad bir xanımın müştəri qismində gəlməsinə görə Xanlarla həyat yoldaşı arasında qısqanclıq səbəbindən mübahisə yaranmışdır. Mübahisə zamanı Xanlar içkili olduğundan həyat yoldaşını sözlə, ölümlə hədələmişdir. Həyat yoldaşı əsəbləşərək DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir.102-yə verilən məlumat əsasında 18 iyul 2020-ci il tarixdə gecə saat 04:00 radələrində Qax rayon polis idarəsinin bir neçə nəfərdən ibarət olan əməliyyat qruppası hadisə yerinə gəlmişdir. Onlar gələrək Gülüyev Xanlar Ağasəf oğlunu və həyat yoldaşını Qax rayon polis idarəsinə aparmışdılar. Xanlar Gülüyevin dediklərinə görə onu ora apardıqdan sonra onun sərxoşluğunu müəyyən edib, bölməyə gətirərək Xanlara əzab vermişdilər. Belə ki, onun bədəninin müxtəlif yerlərinə şillə, təpik və yumruqlarla zərbələr endirmişdir və ona 200 dəfə sinəsini döşəməyə (jim) vurmağı tələb etmişdir. Xanlar Gülüyev 20 dəfə sinəsini döşəməyə vurduqdan sonra daha edə bilməyəcəyini dedikdə onu yenidən döyərək, ona əzab vermişdilər. Və sonra Xanlar Gülüyevi Qax rayon polis idarəsinin saxlanc yerinde (reşotkanın içərisində olan otaqda) 4 saat saxlamışdılar. Səhər açılan zaman tədqiqatçı Ramil adında bir əməkdaş Xanlar Gülüyevin izahatını aldıqdan sonra onu sərbəst buraxmışdır. Xanlar Gülüyev həmin vaxt bədənində ağrıları hiss etmədiyindən, sonradan bədənində ağrılar artdığından polis əməkdaşı tərəfindən döyülməsi sirrini qardaşı Elyaz Gülüyevə açıb demişdir. Bundan sonra Elyaz Gülüyev Qax rayon polis idarəsinə gedərək Xanlar Gülüyevin verdiyi məlumat əsasında Qax rayon polisi ilə söhbətləşmişdir. Söhbət zamanı polis idarəsində təhqiqatçı Ramil Xanların polis sravisi Tərlan adlı şəxs tərəfindən döyülmədiyini bildirmişdir. Lakin bundan sonra Xanlar Gülüyev Qax rayon prokurorluğuna ərizə ilə müraciət edərək orada izahatını yazmışdır. Və Qax rayon prokurorluğunda məhkəmə tibbi ekspertiza həkimi gələrək Xanların bədənində olan müxtəlif xəsarətlərin foto rəsmlərini götürərək çıxmışdır. Hal-hazırda Qax rayon prokurorluğunda araşdırma davam etdirilir.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ