Sorğu
Оцените работу движка

30 İyl 17:25Olke

STADİONUN YERİNDƏ MƏKTƏB! BƏS STADİON?

STADİONUN YERİNDƏ MƏKTƏB! BƏS STADİON?
Respublikaxəbər.az-a müraciət edən Şəki rayon, Baş Şabalıd kənd sakinləri (gənclər) bildirirlər ki, Baş Şabalıd kəndinin çıxışında 2014-cü ildə tikilib istifadəyə verilmiş hazırki tam orta məktəb binasının yerində əvvəllər stadion var idi. Lakin yeni məktəb binası tikildikdən sonra idman oyunları ilə məşğul olmağa yerləri yoxdur. Sakinlər ilk öncə kənddə yeni məktəb binasının tikilməsi ilə bağlı cənab Prezidentə təşəkkürlərini bildirdilər, əlavə olaraq da Ölkə başçısının İdman sahəsinə göstərdiyi diqqət və qayğıya güvənərək Baş Şabalıd kəndində də Stadion üçün yer ayrılması və şərait yaradılması üçün köməklik göstərməsini xahiş etdilər. Bizə də bildirdilər ki, Ölkə başçısı hər zaman deyir ki, "Mətbuat mənim dostumdur"! Biz də xahiş edirik ki, biz sakinlərin xahişini Ölkə başçımıza yalnız
Siz çatdırasınız. Hazırda tərəfimizdən kənd sakinlərinin xahişini nəzərə alaraq cənab Prezidentə olan xahişlərini çatdırmaq məqsədi ilə məktub hazırlanır.

Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: