Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
14 Dek 09:54Olke
Güləş millimiz ilk gündə iki medal qazandı

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kubokunda Azərbaycan millisi ilk medallarını qazanıb.
Oxu.Az-ın xəbərinə görə, yunan-Roma güləşi üzrə millimizdən ilk medal yarışına çıxan dünya və Avropa çempionu Eldəniz Əzizli (-55 kq) olub.
Bu gün təsəlliverici görüşdə Ermənistan təmsilçisi Rudik Mkrtçyana vaxtından əvvəl (9:0) qalib gəlmiş Eldəniz bürünc medal yarışına çıxıb. O, Qırğızıstan təmsilçisi Balbay Dordokova 3:0 hesabı ilə qalib gələrək ilk dəfə keçirilən bu turnirin bürünc medalını qazanıb.
Həmçinin yeniyetmələrin Olimpiya çempionu olmuş İslambəy Dadov (-67 kq) həlledici görüşə çıxıb. Dünən 1/4 finalda Ermənistan təmsilçisi Slavik Qalstyana 7:4 hesabı ilə qalib gəlmiş dağıstanlı legionerimiz Rusiyanı təmsil edən çeçen Nazir Abdullayevlə finalda görüşüb. Lakin Azərbaycan təmsilçisi son saniyələrdə rəqibinə xal verərək uduzub – 1:2.
Bununla da Azərbaycan ilk medal gününü bir gümüş və bir bürünc medalla başa vurub.
Qeyd edək ki, sabah yunan-Roma güləşi yarışına yekun vurulacaq və daha iki medal qazanmaq şansımız var.
Taleh Məmmədov (-63 kq) bürünc medal qazanmaq üçün təsəlliverici yarışa çıxacaq. Gürcü legionerimiz Beka Kandelaki (-130 kq) isə bürünc medal görüşündə qüvvəsini sınayacaq.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi

Populyar Xəbərlər