Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
17 Noy 15:01Olke
Azərbaycanın İtaliyadakı səfiri: “Bizim problemimiz Dağlıq Qarabağın erməni icması deyil”
İtaliyanın nüfuzlu “Rai 1” Televiziya kanalının xəbərlər proqramının “EstOvest” rubrikasında erməni mənşəli italyan yazıçısı Antonia Arslanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini dini münaqişə zəminində təqdim etməsi və son hərbi əməliyyatları ermənilərə qarşı “soyqırım” adlandırması kimi iddialarına cavab olaraq Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin həmin proqramda açıqlaması yer alıb.
Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, Azərbaycan diplomatı bildirib ki, Dağlıq Qarabağ münaqişəsi dini münaqişə deyil, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından irəli gələn ərazi münaqişəsidir: “Ermənistan 30 ildir ki, Dağlıq Qarabağ və ətraf 7 rayondan ibarət olan Azərbaycan ərazisinin 20%-ni işğal edib, orada bütün azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. Bu gün mənim ölkəmdə bir milyondan çox qaçqın və məcburi köçkün var”, - deyə səfir vurğulayıb.
Ermənistanın Qərb ölkələrində ictimaiyyəti öz xeyrinə həssaslaşdırmaq məqsədilə bilərəkdən bu münaqişəyə dini don geyindirdiyini deyən diplomat Azərbaycanın multikultural bir ölkə olduğunu, Azərbaycanda Dağlıq Qarabağdan kənarda da minlərlə erməni mənşəli şəxslərin yaşadığını, paytaxt Bakının mərkəzində erməni kilsəsinin olduğunu deyib.
“Bizim problemimiz Dağlıq Qarabağın erməni icması deyil, problemimiz Ermənistanın işğalçı ordusudur”, - deyə səfir fikirlərini tamamlayıb.
Müsahibəyə keçid aşağıdakı link vasitəsilə mümkündür:
https://www.rainews.it/tgr/rubriche/estovest/
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər