Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
26 Okt 10:09Olke
Perunun nüfuzlu qəzetlərində Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzü haqda məlumat verilib
Perunun ən aparıcı KİV-lərindən “La Razón” (“Ermənistan qoşunları Azərbaycan ərazisini tərk etməlidir”) və “La República” (“Məmməd Talıbov: Sülhün formulu sadədir - işğal olunmuş ərazilərimizi azad etsinlər”) qəzetlərində səfir Məmməd Talıbovun Dağlıq-Qarabağ münaqişəsi, Ermənistanın son hərbi təcavüz cəhdi və Silahlı Qüvvələrimizin apardığı əməliyyatlarla bağlı müsahibələri dərc olunub.
Əvvəlcə, münaqişənin tarixi barədə məlumat verən səfir, Dağlıq Qarabağ və yeddi ətraf rayonla birlikdə Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və bu ərazilərdə yaşayan 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparıldığını bildirib. Səfir münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamənin Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin geri qaytarılmasını tələb etdiyini, ancaq Ermənistan tərəfinin 27 il ərzində həmin sənədlərin tələblərinə məhəl qoymadığını qeyd edib.
Müxbirin 27 sentyabr tarixindən etibarən başlayan hərbi qarşıdurmaya tərəflərdən hansının start verdiyinə dair sualına münasibətdə diplomat son hadisələrin Ermənistanın növbəti təcavüz aktı olduğunu, hazırkı mərhələdə isə ən önəmli məqamın münaqişənin davam etmə səbəbinin dərk edilməsindən ibarət olduğunu, bu xüsusda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində qalmasının münaqişənin alovlanmasının başlıca səbəbi olduğunu və hərbi əməliyyatların da Azərbaycanın beynəlxalq ictimaiyyətin bütün üzvləri, o cümlədən Peru tərəfindən tanınmış sərhədləri çərçivəsində aparıldığını vurğulayıb.
Hərbi əməliyyatlarda Azərbaycan tərəfindən Yaxın Şərqdən döyüşçülərin cəlb edilməsinə dair suala münasibətdə bunun erməni təbliğat maşının növbəti saxta məlumatı olduğunu, bir müddət öncə Türkiyəyə məxsus F-16 qırıcı təyyarələrinin istifadə edildiyinə dair saxta və artıq unudulmuş xəbərdə olduğu kimi, bu halda da münaqişəyə üçüncü tərəfləri cəlb etmək məqsədi güdüldüyünü deyən təmsilçimiz, Azərbaycan ordusunun şəxsi heyətin sayı, qabaqcıl texnologiya ilə təchizat, silahlanma və hazırlıq səviyyəsi baxımından dünyanın ən güclü orduları sırasında yer aldığını, anti-terrorizm əməliyyatlarında iştirakının beynəlxalq koalisiyalar tərəfindən daim təqdir edildiyini, bu səbəbdən də hansısa qeyri-nizami silahlı qruplaşmalara ehtiyac duyduğu iddiasının anlamsız olduğunu bildirib.
Bununla yanaşı, səfir Ermənistanın özünün döyüşlərə Suriya, Livan, İraq (Süleymaniyyə) kimi ölkələrdən radikal terrorçu qruplaşmaları cəlb etdiyinə dair həm erməni mətbuatında, həm də beynəlxalq qaynaqlarda xeyli sayda məlumat yer aldığını, habelə Ermənistanın ASALA, Daşnaksütyun kimi 20-ə yaxın terrorçu təşkilata malik azsaylı ölkələrdən biri olduğunu, eyni zamanda münaqişə zonasına Rusiya və Fransadan qaçaqmalçılıq yolu ilə fasiləsiz olaraq silah-sursat daşınmasını həyata keçirdiyini və nəhayət, Ermənistan rəhbərliyinin dünyanın müxtəlif ölkələrinin vətəndaşları olan ermənilərin hərbi əməliyyatlarda iştirakını artıq açıq şəkildə etiraf etdiyini qeyd edib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib