Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
17 Okt 10:28Olke
İsveçrənin milli radiosu “RTS”də Ermənistanın siyasi rəhbərliyinin yalanları ifşa olunub
Oktyabrın 16-da Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova milli və beynəlxalq səviyyədə bu ölkənin ən böyük radiosu hesab edilən “RTS”ə Ermənistanın Azərbaycana qarşı təcavüzü və hazırda gedən döyüşlər barədə müsahibə verib. Müsahibə dinləyicilərin radionu ənənəvi olaraq ən çox dinlədiyi “əsas vaxt”ında efirə çıxıb.
XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, müsahibədə əvvəlcə Moskvada əldə olunan humanitar atəşkəs razılaşmasına toxunulub. Səfir Azərbaycan ərazisinin 20 faizinin - Dağlıq Qarabağ və ətraf 7 rayonun 30 ilə yaxındır Ermənistanın işğalı altında olduğunu, bu münaqişədə Ermənistanın təcavüzkar və işğalçı dövlət kimi qəbul edilməsinin vacibliyini dinləyicilərə çatdırıb. Bildirib ki, Azərbaycan tərəfi Moskva görüşündə konstruktiv şəkildə iştirak edib, atəşkəsə hörmət edəcəyi ilə bağlı öhdəlik götürüb. Azərbaycanın ən qısa zamanda danışıqlara başlamağa hazır olduğunu bildirən səfir X.İbrahimova Ermənistanın tamamilə fərqli mövqe tutduğunu, humanitar atəşkəsdən bir neçə saat sonra ölkəmizin ikinci böyük şəhəri Gəncənin ballistik raketlə vurduğunu, nəticədə 10-dan çox mülki şəxsin qətlə yetirildiyini, çox sayda insanların yaralandığını bildirib. Qeyd edib ki, oktyabrın 14-nə olan statistikaya əsasən, yaşlılar və uşaqlar daxil olmaqla, Ermənistan tərəfindən 43 azərbaycanlı mülki şəxs öldürülüb, 214 nəfər müxtəlif növ bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.Səfir vurğulayıb ki, dinləyicilərin Ermənistanın işğalçı və təcavüzkar olmasını anlamaları çox vacibdir. Qeyd olunub ki, Azərbaycanın konstruktiv mövqeyinə baxmayaraq, Ermənistanın BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini, eləcə də əldə olunmuş atəşkəsi pozması məyusedicidir. Ermənistan beynəlxalq birlik tərəfindən ciddi şəkildə qınanmalıdır. Otuz ilə yaxın davam edən danışıqların, habelə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərin heç bir nəticə vermədiyini qeyd edən səfir Ermənistanın məqsədinin status-kvonu saxlamaq və işğalı davam etdirmək olduğunu diqqətə çatdırıb.
Azərbaycanın ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara həmişə sadiq qaldığını vurğulayan səfir X.İbrahimova Ermənistan rəhbərliyinin bu prosesi alt-üst etdiyini, Ermənistan ordusu tərəfindən cari ilin iyul, avqust və son olaraq sentyabr aylarında ölkəmizə qarşı təxribatların həyata keçirilməsi barədə dinləyicilərə ətraflı məlumat verib. Bu kontekstdə Azərbaycanın öz xalqını, ərazilərini qorumaq üçün əks-hücuma keçdiyini bildirib.
Türkiyənin müharibədə iştirakı ilə bağlı məsələyə toxunan səfir qardaş ölkənin müstəqilliyimizin möhkəmləndirilməsində, ərazi bütövlüyümüzün qorunmasında və iqtisadi potensialımızın artırılmasında əsas rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Türkiyədən heç bir hərbi yardım almayıb, buna ehtiyac da yoxdur. Diqqətə çatdırılıb ki, Türkiyə Azərbaycana, sadəcə olaraq, mənəvi, diplomatik və siyasi dəstək verir. Bu barədə yayılan məlumatlar erməni təxribatlarından başqa bir şey deyil.
Suriyalı muzdluların ölkəmizə göndərilməsi ilə bağlı iddiaları da canlı yayımda ifşa edən səfir İbrahimova Azərbaycanın kifayət qədər güclü və təcrübəli Ordusunun olduğunu diqqətə çatdırıb. Belə xəbərlərin Ermənistan rəhbərliyi və diasporu tərəfindən yayılan uydurma, saxta məlumatlar olduğunu vurğulanıb. Sonra diplomat Ermənistanın xarici muzdlulardan “könüllü döyüşçülər” adı altında istifadə etdiyi diqqətə çatdırılıb, bu faktı sübut edə biləcək kifayət qədər dəlilin olduğunu bildirib.
Radio aparıcısının Azərbaycanın İsveçrədən indiki məqamda nə gözləməsi ilə sualına cavab olaraq səfir X.İbrahimova bu ölkənin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, işğal edilmiş ərazilərimizdə yaradılan “qondarma” rejimi tanımadığını vurğulayıb. Eyni zamanda, dinləyicilərin diqqətinə çatdırılıb ki, dünyanın heç bir dövləti “qondarma” rejimi tanımır. O bildirib ki, İsveçrə bir neçə dəfə sülh danışıqları üçün platforma təqdim edib və bu xüsusda, onun oynaya biləcəyi rollardan biri də Ermənistana beynəlxalq hüquqa və Təhlükəsizlik Şurasının qərarlarına hörmət göstərilməsi ilə bağlı çağırışın edilməsi olardı.
Sənəm Əliyeva

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ