Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 Okt 10:31Olke
“İ24 news TV”: Azərbaycan işğal altındakı torpaqlarını azad etdikdən sonra atəşkəsə hazırdır
Bu ilin iyul ayında Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təxribata əl ataraq beynəlxalq sərhədlərimizi pozması, ölkəmizin çox mühüm enerji infrastrukturu üçün təhlükə yaratması, münaqişəni beynəlmiləlləşdirməyə cəhd etməsi, Ermənistan baş nazirinin son aylarda müxtəlif ölkələrdə erməni lobbisi ilə görüşləri zamanı səsləndirdiyi təxribatçı fikirlər, xüsusilə də Qarabağla bağlı söylədiyi “Qarabağ Ermənistanındır” sözləri onsuz da Azərbaycanın səbir kasasını daşırmışdı. Beləliklə, sentyabrda erməni silahlı qüvvələrinin hücumuna Azərbaycan tərəfi əks-hücumla cavab vermək barədə qərar qəbul etməyə məcbur oldu.
XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “İ24news” televiziya kanalına müsahibəsində deyib.
Atəşkəslə bağlı sualı cavablandıran səfir bildirib ki, Azərbaycan Prezidenti ölkəmizin mövqeyini açıq şəkildə ifadə edərək deyib: “Əvvəlcə işğal altında olan torpaqlar azad edilməli, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalıdır, sonra danışıqlar və atəşkəs mümkündür”.
BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsinin Azərbaycanın işğal olunmuş torpaqlarından erməni silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxması ilə bağlı tələbləri həyata keçirilməlidir. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon azad olunduqdan sonra danışıqlara və atəşkəsə hazırıq.
Səfir cari ilin iyulunda Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində hücumuna toxunaraq, Dağlıq Qarabağdan uzaqda baş verən bu hadisənin təxribat olduğunu və ölkəmizin səbir kassasını daşırdığını diqqətə çatdırıb. Qeyd edib ki, 1940-cı illərdə Fransa kimi Azərbaycan da əks-hücuma keçərək bu gün Vətən müharibəsi aparır. Məqsədimiz 1992-ci ildən Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etməkdir. Münaqişənin həlli ilə bağlı hüquqi baza güclü olsa da, 27 ildir onun reallaşdırılmasını gözləyirik.
Türkiyənin dəstəyi ilə bağlı suala cavab verən diplomat deyib: “Türkiyənin bugünkü müharibədə rolu Azərbaycana yalnız mənəvi dəstək verməkdən ibarətdir. Bu istiqamətdə Türkiyənin bəyanatları, fəaliyyəti beynəlxalq hüquq çərçivəsindən kənara çıxmır. Türkiyə, sadəcə, Azərbaycanın tək olmadığını deyir. Türkiyənin bugünkü rolu konstruktivdir”.
Səfir Ermənistanın Dağlıq Qarabağdan uzaqda yerləşən mülki obyektləri, infrastrukturu, əhalini hədəfə aldığını deyərək, Gəncə, Mingəçevir, Yevlax, Bərdə kimi şəhərlərimizin işğalçı ölkənin silahlı qüvvələri tərəfindən bombardman edilməsindən danışıb. Bildirib ki, bu gün Azərbaycan Ermənistanın ərazisinə toxunmur. Ancaq Ermənistan həmişəki kimi, hərbi təxribatlarını davam etdirərək, beynəlxalq hüququ və Cenevrə Konvensiyasını pozur.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər