Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
16 Sen 16:57Olke
Türkiyəli nazir müavini: “Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməlidir”
“Cənubi Qafqaz Asiya və Avropa arasında strateji keçid, zəngin karbohidrogen yataqlarının yerləşdiyi, nəqliyyat dəhlizlərinin keçdiyi strateji məkandır”.
APA-ya istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, bunu bu gün BMTM və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran bildirib.
Kıran deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihələri regionun inkişafı üçün önəmlidir: “Ermənistanın işğalçılıq siyasəti regionun inkişafı önündə bir əngəldir. Ermənistan qurulduğu gündən bölgəyə problem yaratmaqdadır. Ermənistan daxili problemlərindən diqqətini yayındırmaq üçün təxribata əl atır. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində həlli üçün qərarlı dəstəyi davam etməkdədir. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməlidir. İşğalın indiyə qədər davam etməsi işğalçının mükafatlandırılması anlamına gəlir. Tovuz istiqamətində Ermənistanın təxribatı Ermənistanın regionun inkişafı yönündə əsas mane olduğun ortaya qoyur ”.
Türkiyə Xarici İşlər nazirinin müavini qeyd edib ki, Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun ruhu bu gün də ayaqdadır: “Azərbaycanın Suriya, Aralıq dənizi və digər bölgələrdə dəstəyi bizim üçün önəmlidir”.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi