Sorğu
Оцените работу движка

16 Sen 16:58Olke

Xələf Xələfov: "Azərbaycan Türkiyənin bütün addımlarını birmənalı dəstəkləyir"

Xələf Xələfov: "Azərbaycan Türkiyənin bütün addımlarını birmənalı dəstəkləyir"
“Azərbaycan Türk Şurasına sədrliyi dövründə türk dövlətlərinin birliyinin gücləndirilməsi üçün imkanlarını səfərbər edib”.

APA-ya istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.

X. Xələfov deyib ki, Azərbaycan tarixən Aralıq dənizi bölgəsinin inkişafı və tərəqqisində önəmli rol oynamış Türkiyənin bütün addımlarını birmənalı dəstəkləyir və gərginliyin tezliklə həllini tapacağına inanır: “Azərbaycan bu mübarizədə daim Türkiyənin yanında olacaq”.

Xarici İşlər nazirinin müavini qeyd edib ki, Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycan könüllüləri ilə 102 il əvvəl Bakını daşnak-bolşevik işğalından azad edib: “Azərbaycan və Türkiyə münasibətləri indiki qədər heç vaxt belə yüksək səviyyədə olmayıb. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə Azərbaycan–Türkiyə münasibətlərinin inkişafı dönməz xarakter alıb. Biz “tək millət, iki dövlət” olaraq strateji məsələlərdə vahid mövqedən çıxış etmək imkanımız var”.

Sənməm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi