Sorğu
Оцените работу движка

18 Sen 14:46Olke

Dağlıq Qarabağın Azərbaycanlı icmasında bir neçə səfirlə görüş olub

Dağlıq Qarabağın Azərbaycanlı icmasında bir neçə səfirlə görüş olub
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə görüşlərini davam etdirir.

İcmadan XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, Ermənistanın Azərbaycana qarşı daha da intensivləşmiş aqressiv siyasəti ilə regionda gərginləşən vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə məlumatlandırıcı görüşlərini davam etdirir.

2020-ci il sentyabrın 16-17-də icma Xorvatiya səfiri Branko Zebiç, Çexiya səfiri Milan Ekert, Macarıstan səfiri Viktor Szederkenyi və Latviya səfiri Dainis Qarançs ilə görüşlər keçirib.

Görüşlər zamanı icma Ermənistanın təcavüz siyasəti, işğal etdiyi ərazilərimizdə qanunsuz fəaliyyəti, təbii resurslarımızın istismarı, müharibə cinayəti hesab edilən məskunlaşma siyasəti, su resurslarından təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalimizə qarşı ekoloji terror vasitəsi kimi istifadə etməsi kimi məsələləri xüsusi olaraq vurğulayıb.

İcma təcavüzkar Ermənistanın torpaqlarımızın işğalına son qoyması və qaçqın və məcburi köçkün əhalimizin öz doğma yurd-yuvasına qayıtması üçün beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməsinin vacibliyini bildirib.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi