Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
05 Noy 16:29Olke
BAMF Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə dair hesabat təqdim etdi
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Ermənistanın işğalçı hərbi qüvvələrinin Azərbaycana qarşı törətdiyi cinayətlərə dair hesabatını təqdim edib.
Oxu.Az-a istinadən Respublikaxəbər.az-ın verdiyi məlumata görə, hesabat Ermənistan hərbi qüvvələrinin Qarabağ cəbhəsindəki provokativ əməlləri nəticəsində baş verən eskalasiyanın sentyabr və oktyabr ayları üzrə yekunlarına həsr edilib.
Hesabatda Erməni hərbi birləşmələrinin Azərbaycanın mülki şəxslərinə, strateji obyektlərə, sosial infrastruktura qarşı Ermənistan hərbi qüvvələrinin təcavüzünün nəticələrinə dair qiymətləndirmələr əks olunub. Eyni zamanda sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar zamanı Ermənistan hərbi qüvvələri tərəfindən cəbhə xəttindən uzaqda yerləşən şəhərlərin, kəndlərin atəşə tutulması nəticəsində baş verən hərbi cinayətlər yer alır.
Hesabat BAMF müşahidə missiyasının İkinci Qarabağ müharibəsi zamanı erməni hərbi birləşmələrinin beynəlxalq hüquq normalarına zidd əməllərinin təsbit olunması baxımından fərqli bir yanaşmadır. Belə ki, hesabatın hazırlanması zamanı müharibədən zərərçəkmiş və müharibədə iştirak etmiş şəxslərin, onların ailə üzvlərinin, vətəndaş cəmiyyəti qurumlarının, hərbi mükəlləfiyyətlilərin, eləcə də beynəlxalq qurumların, media təmsilçilərinin rəylərinə, müxtəlif araşdırmalara və əyani müşahidələrə istinad edilib. Hesabatda erməni hərbi birləşmələrinin Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Goranboy şəhərlərinin hədəfə götürməsi nəticəsində törədilmiş hərbi cinayətlərin hüquqi qiymətləndirilməsi haqda geniş təhlil aparılıb. Ermənistan hərbi qüvvələrinin qanunsuz silah daşımaçılığı, muzdluların hərbi əməliyyatlarda iştirakı, beynəlxalq konvensiyalara zidd olaraq mülki şəxslərə qarşı qanunsuz silah və sursatlardan istifadə, mülki obyektlərin dağıdılması, Azərbaycanın iri sənaye şəhərlərinin ballistik raketlərlə atəşə tutulmasının nəticələri hesabatda dəqiqliklə əks olunub.
Hesabat uzun illərdir müharibədən zərərçəkmiş və təmas xəttinə yaxın ərazilərdə fəaliyyət göstərən, sosial humanitar proqramlar yerinə yetirən vətəndaş cəmiyyəti qurumunun müstəqil müşahidələrinin və araşdırmalarının nəticəsidir. Hesabat BMT-nin Baş katibi Antonio Quterreş, BMT İnsan Haqları ofisinin rəhbəri Mişel Baçelot, ATƏT, Avropa Şurası, Beynəlxalq Böhran Qrupunun rəhbəri Anna Neiştad və Qrupun vəkillik və kampaniya üzrə meneceri Eleanor Kennedi, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai və eləcə də müxtəlif beynəlxalq qurumlara göndərilib. Hesabatın BMT agentlikləri və Avropa Şurası parlament üzvləri arasında geniş yayılması nəzərdə tutulub.
Xatırladaq ki, hesabat BAMF müşahidә missiyasının üzvlәri BAMF prezidenti Umud Mirzәyev, vitse-prezident Ramil Әzizov, təşkilatın Amerika təmsilçisi beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys, BAMF-ın BMT Cenevrə ofisində, BMT İnsan Haqları üzrə Komitəsində daimi nümayəndə, hüquq elmləri üzrə professor Osman Әl Həcc tərəfindən hazırlanıb.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ