Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
04 Okt 18:00Olke
Baş Prokurorluq Ermənistanın təxribatları ilə bağlı xarici təşkilatlara müraciət etdi
Azərbaycan Respublikası Baş Prokurorluğu sentyabr ayının 27-dən Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı edilən hərbi təxribatla bağlı xarici təşkilatlara müraciət edib.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, Baş prokuror Kamran Əliyev MDB iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının katibi L.V.Yermolayev, Beynəlxalq Prokurorlar Assosiyasiyasının prezidenti Çul-ku Vanq və Baş katibi Han Moral, BMT-nin İnsan hüquqları üzrə Ali komissarı Mişel Başle, Avropa Şurası İnsan Hüquqları üzrə Ali Komissarı Dunya Miyatoviç, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Baş katibi Hadi Sulemanpur və Türk Şurasının Baş katibi Baqdad Amreyevə rəsmi müraciət edib.
Qeyd olunub ki, otuz ildən artıq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən işğalı və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarını tərk edib, BMT–nin Təhlükəsizlik Şurasının işğal altında olan ərazilərimizdən erməni hərbi birləşmələrinin qeyd-şərtsiz və dərhal çıxarılmasına dair dörd qətnaməsi bu günə qədər icra edilməyib.
Bu ilin sentyabrın 27-dən başlayaraq Ermənistan tərəfindən atəşkəs rejimi kobud şəkildə pozulmaqla hücum edilib, dinc Azərbaycan əhalisinin sıx yaşadığı ərazilər ağır artilleriyadan atəşə tutularaq mülki əhali arasında xeyli sayda itkilərə səbəb olub.
Hərbi aqressiyanın qarşısını almaq və dinc mülki əhalini müdafiə etmək məqsədi ilə Azərbaycan Respublikasının Silahlı qüvvələri tərəfindən əks-hücum tədbirləri görülüb.
Son iki gündə işğalçı ölkənin silahlı qüvvələrinin ikinci ən böyük şəhəri – münaqişə zonasından uzaqda olan Gəncə və Beyləqan şəhərlərinin raket və mərmilərlə atəşə tutulması nəticəsində üç nəfər mülki şəxs həlak olub, 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, çoxsaylı yaşayış evlərinə və şəhərin infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Həmin cinayət əməlləri barəsində “Facebook” sosial şəbəkəsindəki səhifəsi vasitəsi ilə öncədən anons etmiş qanunsuz “Dağlıq Qarabağ Respublikası”nın başçısı Arayik Arutunyan barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Döyüş şəraitində mümkün olan bütün istintaq tədbirlərini həyata keçirən Baş Prokurorluğun əməkdaşları sırasında fəaliyyət göstərən Ozal Həsənov ağırdərəcəli bədən xəsarəti alması nəticəsində cərrahi müdaxiləyə zərurət yaranıb.
Beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın ərazisində yerləşən və böyük su hövzəsinin önündə dayanan Mingəçevir su elektrik stansiyasının dambasına zərbələrin endiriləcəyi barədə məlumatlar yayması onların əsl niyyətlərini açıq şəkildə nümayiş etdirib.
Bu təhdidin həyata keçirilməsi kütləvi şəkildə insan tələfatı ilə nəticələnərək böyük faciəyə səbəb olacağı xüsusi olaraq vurğulanıb.
Həmçinin qeyd olunub ki, Ermənistanın rəhbərliyi tərəfindən bu yaxınlarda elan olunmuş “yeni ərazilər üçün yeni müharibə” hərbi doktrinasına uyğun təcavüzkar siyasətin həyata keçirilməsi məqsədilə bir sıra digər ölkələrdən etnik erməni muzdlularının köçürülməsi yolu ilə Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik dəyişikliklərə yönəlmiş hərəkətləri Cenevrə Konvensiyasının aşkar şəkildə pozulmasıdır və müharibə cinayətidir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı prinsiplərinə uyğun beynəlxalq hüquq çərçivəsində həll olunacağına dair mövqeyi çatdırılmaqla, münaqişənin bu müstəvidə həll olunması üçün Ermənistana müvafiq üsul və vasitələri ilə təsir göstərilməsi xahiş edilib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ