Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
08 Okt 11:29Olke
Yapon səfiri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırılıb
BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etsə də, Ermənistan bu qətnamələrə məhəl qoymadan 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır, ölkəmizə qarşı ardıcıl hərbi təxribatlar törədir. Sentyabrın 27-dən başlayaraq da hərbi birləşmələrimizin mövqeləri və yaşayış ərazilərimiz Ermənistan tərəfindən ağır artilleriya atəşlərinə məruz qalıb. Azərbaycan Ordusu düşmənə qarşı uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, işğal olunmuş torpaqlarımızın artıq bir hissəsini işğaldan azad edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-a verilən məlumata görə, bunu nazir Sahil Babayev Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Vada Cüniçi ilə videoformatda görüşündə bildirib. Nazir vurğulayıb ki, Ermənistanın bu günlərdə törətdiyi növbəti terror, yaşayış ərazilərimizi atəşə tutması nəticəsində Azərbaycan tərəfindən 30 mülki şəxs həlak olub, 143 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 66 mülki obyekt və 427 fərdi yaşayış evi yararsız vəziyyətə düşüb. Azərbaycan ümumən regionda sülh və təhlükəsizliyin təmin olunmasına ciddi zərbə vuran Ermənistanın təcavüzünə son qoymaq üçün haqq savaşındadır. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə, bütün dünya tərəfindən dəstəklənir. Bu gün Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı əks-hücum xarakterli hərbi əməliyyatlarını ölkəmizin məhz öz ərazisində aparır və ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etmək məqsədi daşıyır.
S.Babayev Azərbaycanla Yaponiya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini, Azərbaycan rəhbərliyinin Yaponiya ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini və qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək əzmində olduğunu qeyd edib.
İqtisadi əməkdaşlığın Azərbaycan və Yaponiya arasında əlaqələrin prioritet istiqamətini təşkil etdiyini deyən nazir sosial inkişafın təmin olunmasının Prezident İlham Əliyevin siyasətində başlıca istiqamətlərdən olduğunu vurğulayıb. O, əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə aparılan son islahatlar, pandemiya dövründə görülən iqtisadi və sosial dəstək tədbirləri barədə məlumat verib. Yaponiya ilə əmək, məşğulluq və sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün müqavilə-hüquq bazasının yaradılmasının, bu məqsədlə səylərin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
V.Cüniçi Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin, habelə sosial sahədə əməkdaşlığın inkişafı üçün səylərini artırmaq əzmində olduğunu vurğulayıb.
Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin inkişafı imkanları nəzərdən keçirilib. Ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin müasir standartlar səviyyəsində qurulması üçün mühüm işlərin aparıldığı qeyd edilməklə, tibbi-sosial reabilitasiya, əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidmətləri sahəsində ikitərəfli əməkdaşlığın geniş müstəvidə təşkili, bu sahədə Anlaşma Memorandumunun imzalanmasının mümkünlüyü, işçi qüvvəsinin bacarıqlarının təkmilləşdirilməsində əməkdaşlıq və s. məsələlər müzakirə olunub.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
GÜBRƏ DOLU TIR, KAMAZLA TOQQUŞDU DƏRƏYƏ AŞDI
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB