Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Sen 09:02Olke
Sosial müdafiə və məşğulluq sahələrində Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə layihələr davam edəcək
Ölkəmiz üçün mühüm beynəlxalq humanitar tərəfdaş olan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə sosial müdafiə, məşğulluq, reabilitasiya sahələrində müsbət əməkdaşlıq təcrübəsi formalaşıb. Bu təcrübə həmin sahələrdə, o cümlədən cəbhəyanı ərazilərdə sosial dəstək məqsədli, eləcə də məşğulluğun artırılmasına yönələn birgə layihələrin davam etdirilməsinə əsas yaradır.
XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev BQXK-nın Azərbaycan Nümayəndəliyinin sabiq rəhbəri Elena Sessera və Nümayəndəliyin yeni rəhbəri Arian Bauer ilə videoformatda görüşü zamanı bildirib.
O, Prezident İlham Əliyevin siyasətinin başlıca istiqamətinin vətəndaş rifahının təminatı olduğunu vurğulayıb. Bu siyasətin təzahürü olaraq xüsusilə pandemiya dövründə həyata keçirilən geniş miqyaslı sosial dəstək tədbirlərindən bəhs edib. Ölkəmizdə son illərdə məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatları, sosial sahədə əldə edilmiş innovativ nailiyyətləri diqqətə çatdırıb.
S.Babayev Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirdiyi və ardıcıl hərbi təxribatlar törətdiyi, güclü ordular sırasında olan Azərbaycan ordusunun düşmənə layiqli cavab verdiyi barədə məlumat verib. O, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiya xidmətləri ilə əhatə olunmaları, şəhid ailələrinin, müharibədə itkin düşmüş insanların ailələrinin sosial təminatı istiqamətində görülən tədbirlərdən bəhs edib. Reabilitasiya sisteminin inkişafı, yeni reabilitasiya mərkəzlərinin yaradılması sahəsində də mühüm işlərin aparıldığını deyib.
Nazir itkin düşmüş şəxslərin və mina qurbanlarının ailələri, cəbhəyanı ərazilərdə yaşayanlar, həssas qruplarla bağlı BQXK-nın humanitar fəaliyyətini, sosial əhəmiyyətli və reabilitasiya yönümlü birgə layihələri qeyd edib. S.Babayev 2019-2020-ci illərdə birgə icra olunan və ödənişli ictimai işlər proqramına dəstək olan layihənin önəmini diqqətə çatdırıb. O, bütün ölkədə olduğu kimi, cəbhəyanı ərazilərdə də sosial müdafiə və aktiv məşğulluq proqramlarının, özünüməşğulluq proqramının genişləndirilməsi işlərinin geniş vüsət aldığı barədə məlumat verib.
BQXK-nın Azərbaycan Nümayəndəliyinin sabiq rəhbəri E.Sesseranın fəaliyyətindən məmnunluğunu ifadə edən S.Babayev Nümayəndəliyin yeni rəhbəri A.Bauerə yeni vəzifəsində uğurlar arzulayıb.
E.Sessera BQXK-nın Azərbaycanla bağlı ötən dövrdə layihələrinin nazirliklə fəal əməkdaşlıq müstəvisində icra oldunuğunu deyib.
A.Bauer ölkəmizin BQXK ilə uğurlu nəticələrə yönələn əməkdaşlığının bundan sonra da davam etməsi üçün səylərini daim artıracağını vurğulayıb.
Görüşdə Komitənin ölkəmizdə həyata keçirdiyi humanitar fəaliyyətə, mina partlayışı qurbanları və mina partlayışından zərər çəkənlərin, əlilliyi olan şəxslərin, şəhid ailələrinin dəstəklə təmin edilməsi üçün aparılan işlərə dair fikir mübadiləsi aparılıb. Cəbhə xətti boyunca yaşayan əhalinin sosial müdafiə və aktiv məşğulluq proqramları, o cümlədən özünüməşğulluq proqramı ilə əhatə olunması sahəsində görülən tədbirlərin vacibliyi qeyd edilib. Sosial müdafiə, məşğulluq, reabilitasiya sahələrində BQXK ilə birgə layihələrin davam etdirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
GÜBRƏ DOLU TIR, KAMAZLA TOQQUŞDU DƏRƏYƏ AŞDI
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB