Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
28 Avq 17:53Olke
Əmək və sosial müdafiə üzrə e-xidmətlərin sayı gələn il 100-ə çatdırılacaq
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əmək, məşğulluq, sosial müdafiə üzrə xidmətlərin elektronlaşdırılmaqla tam şəffaf, operativ və əhaliyə daha əlçatan şəkildə qurulması başlıca prioritetdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə hazırda 26-sı proaktiv olan 53 e-xidmət var ki, aparılan sürətli işlər nəticəsində bu göstərici gələn il 100-ə çatdırılacaq. Bu da qurumun 132 xidmətindən artıq 76 faizə qədərinin elektronlaşması deməkdir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında bildirib.
O qeyd edib ki, 26 proaktiv xidmət vasitəsilə bu il 65 min şəxsə e-qaydada pensiya, müavinət, təqaüd təyin edilib. Həmçinin, cari il 145 min sığortaolunan e-qaydada qeydiyyata alınıb. Beləliklə, Nazirlik tərəfindən bu il 210 min şəxsə proaktiv xidmətlər göstərilib.
Nazir 22 e-xidmətin hazırlandığını, ilin sonuna kimi yeddisinin işə salınacağını, 25 proaktiv xidmətin də üzərində iş getdiyini deyib. O vurğulayıb ki, yaradılan e-sistemlər şəffaflığın tam təminatına nail olmağa imkan verib.
S.Babayev sosial xidmətlər sahəsi üzrə də geniş elektron infrastrukturun - Sosial Xidmətlər üzrə Vahid İnformasiya sisteminin, xidməti kontingentə aid kateqoriyalar üzrə reyestrlərin, “Reabilitasiya” altsisteminin, ona uyğun veb-əsaslı növbəlilik sisteminin, Reabilitasiya Mərkəzləşdirilmiş Məlumat Sisteminin yaradılması işlərinin davam etdiyini bildirib.
Nazir qeyd edib ki, təkcə bu ay müasir tələblərə uyğun üç reabilitasiya müəssisəsi açılıb. İlin sonunadək Bakı və bölgələrdə daha beş belə müəssisə, o cümlədən, Şəmkir və Qəbələdə uşaq reabilitasiya mərkəzləri istifadəyə veriləcək.
Eyni zamanda, əsas vəzifələrdən biri - bu müəssisələrdə əlilliyi olan şəxslərə onların məmnun qala biləcəyi səmərəli, müasir tələblərə uyğun keyfiyyətli xidmətlər göstərilməsidir. Ona görə də reabilitasiya müəssisələrinin kadr potensialı bu prinsip əsasında formalaşmalıdır.
S.Babayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası sahəsində işlərin müsbət nəticələrini qeyd edib.
Əmək müqavilələrinin sayında artım dinamikasının davam etdiyini, cari ilin yeddi ayında bu sayda 120 min, habelə əməkhaqqı fondunda önəmli artımın olduğunu deyib.
İclasda əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi və keyfiyyətinin artırılması, qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planının icrası, elektronlaşma proqramının genişləndirilməsi sahəsində aparılan işlər barədə çıxışlar dinlənilib.
“Əməyin Mühafizəsi Mərkəzi Publik Hüquqi Şəxsin Nizamnaməsi”nin və “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası”nın təsdiq edilməsi məsələləri müzakirə edilib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib