Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
12 Avq 09:58Olke
Bu il bölgələrdə səkkiz yeni bərpa mərkəzi açılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Nazirlikdən verilən məlumata görə, mərkəzin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, mərkəzin əməkdaşları, əlilliyi olan şəxslər iştirak ediblər.
C.Əbdül-Qədirov əlilliyi olan şəxslərin, tibbi-sosial reabilitasiya imkanlarının artırılmasının Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O, dövlət başçısının tapşırığına əsasən, ölkədə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi istiqamətində aparılan işləri diqqətə çatdırıb.
2019-cu ilin sonlarında Yevlax və Naftalan Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Mərdəkan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini deyib. Onların hər birində yüksək səviyyəli reabilitasiya şəraiti yaradıldığını qeyd edib.
C.Əbdül-Qədirov bildirib ki, bu il Sumqayıt, Xaçmaz, Şəki, Şirvan şəhərlərindəki Regional Bərpa Mərkəzlərinin, Şağan Əlilliyi olan şəxslərin Müalicə Pansionatının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi nəzərdə tutulub.
Eyni zamanda, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzləri şəbəkəsinin respublikamızın bölgələri üzrə genişəndirilməsi də nəzərdə tutulur. Bu məqsədlə cari ildə Şəmkir və Qəbələ rayonlarında da bu ilin Uşaq Bərpa Mərkəzlərinin açılması planlaşdırılır.
Ümumilikdə bu il səkkiz yeni bərpa mərkəzinin açılması nəticəsində reabilitasiya xidmətləri göstərilənlərin illik sayı iki dəfə artaraq 28 minə çatacaq.
Tədbirdə əlilliyi olan şəxslər onlara yönələn sosial müdafiə tədbirlərinin gücləndirilməsinə, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və bərpa imkanlarının artırılması sahəsində görülən mühüm işlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Sonra mərkəzdə yaradılan şəraitə baxış olub.
Yeni istifadəyə verilən müəssisədə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonları üzrə il ərzində 350 əlilliyi olan şəxsə effektiv fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək.
Mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya aparatları və avadanlıqlarla da təchiz edilib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi