Sorğu
Оцените работу движка

18 İyn 11:48Olke

Azərbaycanda daha bir nazirliyin 25 əməkdaşı koronavirusa yoluxdu - RƏSMİ

Azərbaycanda daha bir nazirliyin 25 əməkdaşı koronavirusa yoluxdu - RƏSMİ

“Hazırkı dövrədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 əməkdaşı koronavirus infeksiyasına yoluxub”.

Bu barədə Respublikaxəbər.az xəbər verir.
Onlardan üçü Dövlət Məşğulluq Xidmətinin işçisi (bir nəfər 5 saylı ərazi Məşğulluq Mərkəzinin (Xətai, Nəsimi, Zəngilan), bir nəfər 4 saylı ərazi Məşğulluq Mərkəzinin (Nərimanov, Binəqədi, Şuşa), bir nəfər Şəmkir rayon Məşğulluq Mərkəzinin əməkdaşıdır); altısı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin işçisi (iki nəfər Xidmətin aparatının, üç nəfər Protez-Ortopedik Bərpa Mərkəzinin, bir nəfər Yevlax Əlilliyi olan şəxslərin Bərpa Mərkəzinin əməkdaşıdır); 16 nəfər isə Dövlət Sosial Müdafiə Fondunun işçisidir (bir nəfər Fondun Aparatının, 11 nəfər Qobustan şəhər şöbəsinin, dörd nəfər Yevlax şəhər şöbəsinin əməkdaşıdır).

Xəstələrin vəziyyəti yaxşıdır. Müalicələri davam etdirilir.

Paralel olaraq nazirlik əməkdaşlarının virusdan qorunması üçün ciddi profilaktik tədbirlər davam edir. Əməkdaşlar arasında bu istiqamətdə maarifləndirmə və digər zəruri tədbirlər görülür.

Nazirlik də hər kəsi aidiyyəti qurumların çağırışlarına ciddi əməl etməyi, virusdan qorunma üçün tətbiq edilən izolyasiya və gigiyenik tədbirləri gündəlik həyat tərzinə çevirməyə çağırır.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi