Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
20 Avq 09:43Olke
Ceyhun Bayramov Çinin Azərbaycandakı səfirini qəbul edib - FOTO
19 avqust 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Qo Mini qəbul edib.
XİN-dən Respublikaxəbər.az-a verilən məlumata görə, Ceyhun Bayramov Azərbaycan və Çin arasında qarşılıqlı anlaşma və etimada əsaslanan ən yüksək səviyyəli siyasi dialoqun mövcud olduğunu qeyd edib. Ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrindən bəhs edən Nazir, Azərbaycan və Çin arasında əlaqələrin siyasi, iqtisadi-ticarət, humanitar, səhiyyə və təhsil sahələrində inkişafından məmnunluq ifadə edib.
Səfir Qo Min Çinin Xarici İşlər naziri Vanq Yinin səmimi salamlarını və təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.
Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparıblar.
Ölkə rəhbərləri səviyyəsində səfərlərin iki ölkə arasında əlaqələrin inkişafına təkan verdiyi qeyd olunub.
Tərəflərin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı prinsipial mövqeyi vurğulanıb.
Ermənistan - Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi barədə qarşı tərəfə məlumat verən Nazir, xüsusilə cari ilin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən əvvəlcədən planlaşdırılan təxribat barədə danışıb. Ermənistanın bu növbəti təxribatının ölkənin hərbi-siyasi məqsədlərinə xidmət etdiyini və münaqişənin həlli üzrə substantiv danışıqlara mane olmaq məqsədi güddüyünü bildirib.
Görüş zamanı səfir, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət ifadə olunması ilə bağlı Çinin qəti mövqeyini diqqətə çatdırıb.
Xanım səfir Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın fəaliyyətini, xüsusilə pandemiya ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən irəli sürülmüş bir sıra qlobal təşəbbüslərin Çin tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Tərəflər, habelə qlobal səviyyədə COVİD-19 pandemiyası ilə mübarizə aparıldığı bir dövrdə beynəlxalq əməkdaşlıq və həmrəyliyin əhəmiyyətini qeyd ediblər. Çin tərəfindən göstərilən texniki dəstəyi vurğulayan Nazir, bunun Azərbaycan və Çin xalqları arasında dostluq ənənələrinə sadiq qaldığının bariz nümunəsi olduğunu qeyd edib və bu çətin günlərdə göstərilən dəstəyə və həmrəyliyə görə minnətdarlıq bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə müzakirələr aparılıb.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi