Sorğu
Оцените работу движка

16 Sen 17:15Olke

Xələf Xələfov: "Azərbaycan və Türkiyə arasında viza rejimi olmamalıdır"

Xələf Xələfov: "Azərbaycan və Türkiyə arasında viza rejimi olmamalıdır"
"Azərbaycan və Türkiyə arasındakı münasibətlər elə bir səviyyədədir ki, iki ölkə arasında viza rejimi olmamalıdır".

APA-ya istinadən, Respublikaxəbər.az-ın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov BMTM və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri" adlı vebinarda çıxış edərkən deyib.

Nazir müavini bildirib ki, iki ölkə arasında gediş-gəlişin asanlaşdırılması üçün müxtəlif üsullar var və müəyyən tədbirlərin görülməsi tələb olunur.

"Türkiyə artıq şəxsiyyət vəsiqəsi ilə səfərləri bəzi ölkələrlə həyata keçirir. Niyə bu, Azərbaycanla da olmasın?", - Xələf Xələfov deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri zamanı XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşdə müvafiq məsələ müzakirə olunub: "İşçi qrupları səviyyəsində təmaslar quruldu. Texniki baxımından bu məsələnin həyata keçirilməsi üçün sənədləşdirmə işləri aparılır. İnanıram ki, yaxın zamanlarda bu məsələnin praktiki həllinə nail olacağıq. Çünki bunun üçün heç bir maneə və məhdudiyyət yoxdur".

Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi