Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
04 Sen 17:29Olke
28000 MANAT PULUNU ALDI, EVİNİ SÖKDÜRDÜ, ÖZÜNÜ ÇÖKDÜRDÜ
[img=left][/img]
Respublikaxəbər.az-ın verdiyi məlumata görə Binəqədi rayon İcra Hakimiyyəti Polisllərin köməyi ilə vətəndaşın evini qanunsuz sökdürdü. İradını bildirən vətəndaşı isə yerə çökdürdü.
Belə ki,25 avqust 2020-ci il tarixdə redaksiyamızın qaynarxətt nömrəsinə daxil olmuş məlumatda Binəqədi rayon ərazisində bir nəfər yaşlı qadının Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi RPİ-nin polis əməkdaşları tərəfindən evinin qanunsuz olaraq sökülməsi və həmin evi tikən 60 yaşlı qadının fiziki-zorakılığa məruz qaldığı bildirilmişdir.
Daxil olmuş məlumat əsasında məlumatda verilmiş ünvana (hadisə yerinə) əməkdaşlarımız getmiş, həmin vaxt orada onlarla insanların (qonşuların) və Səhiyyə Nazirliyinin Təcili Təxirə Salınmaz Tibbi Yardım maşının və işçilərinin olduğunu, həmin qadının həqiqətən də işgəncəyə məruz qaldığını və işgəncəyə məruz qalmış qadına ilkin tibbi yardım göstərildiyinin şahidi olublar. Həmin vaxt redaksiyamıza müsahibə verən qonşular və eləcə də işgəncəyə məruz qalmış İbrahimova Nina Nazim qızı həqiqətən də evinin Binəqədi RİH-nin və Binəqədi RPİ-nin polis əməkdaşları tərəfindən qanunsuz sökülməsini və buna etiraz etdiyi üçün özünün işgəncəyə məruz qaldığını bildirib. Əlavə olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin hazırki müavini Vüsar müəllimin ondan küllü miqdarda rüsum adı ilə rüşvət almasını və aldığı pulları sübutun yoxdur deyərək etiraf etmədiyini bildirib. Əməkdaşımız həmin vaxt Vüsar müəllimin telefon nömrəsinə zəng edərək əlaqə saxlayıb, deyilənlərə qarşı mövqe bildirməsini xahiş etmiş, Vüsar müəllim də telefon zənginə cavab verərəkən telefon danışıqları zamanı Nina İbrahimovanı tanımadığını, və ondan heç bir məbləğdə pul almadığını Nina İbrahimovanın qeyd etdiklərinin hər birinin cəfəngiyah, yalan, şər-böhtan xarakterli olduğunu bildirib. Amma buna baxmayaraq Nina İbrahimova Vüsar müəllimə pulu verdiyi zaman tanışı, Azərbaycan televiziyasında işləyən Azər Məmmədov adlı şəxsin yanında verdiyini bildirib, bunu əsaslandıracaq sübutları da lazımi orqanlara təqdim etmək üçün Nina İbrahimova özündə saxlayıb.Bundan sonra həmin anda həm zərəçəkmiş Nina İbrahimova həyəcanlı olduğu üçün tam ətraflı danışa bilmədiyinə və eyni ilə yaxınlıqda yaşayan qonşuların da həmin gün müsahibə vermək istəmədiklərinə görə, gördükləri mənzərəni danışmaları üçün Nina İbrahimova təkrar redaksiyamızı dəvət edərək müraciətlərini tam şəkildə bildirmişdilər. Şikayətçilər tikilinin qanunsuz olaraq, heç bir məhkəmə qərarı olmadan özbaşına söküldüyünü bildirərək belə bir halı ölkədə məmur özbaşınalığı kimi qiymətləndirirlər. Daha ətraflı hazırladığımız Video-sujetdə.
Onu da qeyd edək ki, bu barədə tərəfimizdən ölkə prezidenti cənab İlham Əliyev və I-ci Vitse-Prezident, birinci xanım Mehriban Əliyeva başda olmaqla bütün aidiyyatı orqanlara məlumat məktubu göndərilmişdir. Ümid edirik ki, nəticə etibarı ilə vətəndaş hüquqları tapdaqlar altında qalmayacaq.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər