Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
25 Avq 19:39Olke
60 YAŞLI QADININ EVİNİN SÖKÜLMƏSİ BİR TƏRƏFƏ, HƏLƏ MƏMURLAR TƏRƏFİNDƏN FİZİKİ_ZOR TƏTBİQİNƏ DƏ MƏRUZ QALDI
Respublikaxəbər.az-ın verdiyi məlumata görə bu gün 25 avqust 2020-ci il tarixdə redaksiyamızın qaynarxətt nömrəsinə daxil olmuş zəng əsasında əməkdaşlarımızla birlikdə hadisə yerinə getdik. Şikayətçi İbrahimova Nina Nazim qızıının sökülmüş evinin qarşısında çox saylı insanları (qonşuları) və Təcili Təxirə salınmaz Tibbi Yardımın xidməti avtomobilini gördük. Həmin vaxt ilk öncə müsahibə verən qonşuların hadisə zamanı gördüklərini, yəni həqiqətən də qonşuları Nina xanımın Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi RPİ-nin polis əməkdaşları tərəfindən fiziki-zor tətbiqinə məruz qaldıqlarını bildirdilər. Təcili Təxirə Salınmaz Tibbi Yardım işçiləri tərəfindən ilkin tibbi yardım alan Nina İbrahimova tibbi yardım alaraq səhhətindəki vəziyyət yüngülləşdikdən sonra 20 ildir ki, Binəqədi Rayon İcra Hakimiyyəti və Bələdiyyəsi tərəfindən haksızlığa məruz qaldığını bildirdi. Əlavə olaraq da Nina İbrahimova Binəqədi Rayon İcra Hakimiyyəti başçısının indiki müavini Vüsar müəllimdən şikayət edərək bildirdi ki, xeyli miqdarda Vüsar müəllim ondan pul alaraq evin tikilməsinə icazə verdiyini bildirdi.
Nina İbrahimova əvvəllər Binəqədi bələdiyyəsi tərəfindən incidildiyini ailə dostu olan Azərbaycan Televiziyasının əməkdaşı Azər Məmmədova demiş, Azər Məmmədov da Vüsar müəllimi öz dostu kimi təqdim etmiş, və onunla birlikdə aparıb İcra Hakimiyyətinin inzibati binasında Vüsar müəllimin iş otağında pulu verdiyini bildirmişdir. Daha ətraflı video materialda. Onu da qeyd edək ki, hadisə yerindən qayıdarkən barəsində ittiham irəli sürülən Vüsal müəllimlə telefon əlaqəsi yaratdıq, ona qısa məlumat verərək Nina İbrahimovanın onun barəsində qeyd etdiyi ittiham barədə məlumat verdik, Vüsar müəllim isə deyilənlərin hər birinin cəfəngah olduğunu, şər-böhtan xarakterli olduğunu bildirdi. Hətta Vüsar müəllim onu da qeyd etdi ki, O, Nina İbrahimovanı tanımır. Hazırda Nina İbrahimovanın müraciətinə əsasən şikayətlə bağlı tam, obyektiv və hərtərəfli araşdırma aparılması üçün tərəfimizdən ölkə başçısı cənab İlham Əliyev və I-ci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyeva olmaqla, bütün Hüquq Mühafizə orqanlarına məlumat məktubu hazırlanır. Qarşı tərəfi dinləməyə hazırıq.
Sənəm Əliyeva:
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər