Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
28 İyl 12:49Olke
SUMQAYIT ŞƏHƏRİNDƏ AVTOMOBİL BAZARINDA VƏTƏNDAŞI ALDATDILAR
Respublikaxəbər.az-a şikayət edən Sabirabad rayonu, Azadkənd kəndində qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri, Nəsimi rayonunda müvəqqəti kirayənişin yaşayan Quliyev Əlican Ərəstun oğlu özünün iki nəfər şəxs tərəfindən aldadılaraq xeyli miqdarda pulunun ələ keçirildiyini bildirib. Belə ki, şikayətçi bildirir ki, O, 2019-cu ilin dekabr ayının 12-i Sumqayıt avtomobil bazarına gedir, Zaur adlı şəxsə (maşın alveri ilə məşğul olan şəxs) rast gəlir və özünün maşın almağa gəldiyini bildirir. Sonra Zaur adlı şəxslə Sabunçu rayon, Məştağa qəsəbəsinə gediblər, lakin maşın tapmayıblar. səhəri gün yəni 13 dekabr 2019-cu il tarixdə Zaur Əlicandan 400 manat pul və sürücülük vəsiqəsinin, şəxsiyyətini təsdiq edən sənədlərini istəyib. Əlican da 400 manat pulu, sürücülük və şəxsiyyət vəsiqələrini Zaura verib geri qayıdıb. 14 dekabr 2019-cu il tarixdə Zaurun şəriki kimi təqdim etdiyi Elfak adlı şəxs Əlicandan 3400 manat da əlavə olaraq almaqla, axşam saatlarında "buraxılış ili 1992 olan, MERSEDES BENZ 300 MİNİK" markalı avtomobili verirlər. Əlican maşını həyətə gətirdikdən sonra Zaura və Elfaka zəng edərək maşının yararsız vəziyyətdə olduğunu bildirir. Onlar da da etiraz etməyərək maşını sabahı gün gətir deyirlər. Əlican da maşını səhəri gün yəni 16 dekabr 2019-cu il tarixdə geri qaytarır, və ondan aldıqları ümumilikdə 3800 manatı 4-5 günə qaytarcağını bildirir. hətta Elfak Əlicana onu da deyib ki, sənin pulunu necə olur-olsun 4-5 günə qaytaracam. Maşını sata bilməsəm belə evimi staıb verəcəm. həmin gündən bu günə kimi Zaur və Elfak Əlicandan alan 3800 manat pulu qaytarmırlar. Şikayətçi onu da qeyd edir ki, ona həmin maşını ilkin ödəniş 3800 manat almaqla geri qalan məbləği hissə-hissə ödəmək şərti ilə kerditlə veriblərmiş. Bir müddət sonra Əlicana ardı-ardına zənglər gəlir ki, gətir krediti ödə. Əlican da onlara zəng edib bir neçə dəfə deyib ki, məndən ödəniş tələb ediblər. Elfak da deyir ki, narahat olma, səndən aldığım pulu da qaytaracam, ödənişi də edəcəm. Beləliklə bu günə qədər vətəndaşa vurulmuş olan ziyan ödənilməyib. Vətəndaş hara şikayət edirsə, onun müraciətinə baxılmadığını deyir.
Şikayətçinin bildirdiklərinə əsasən qarşı tərəfin mobil telefon nömrəsinə zəng edərək mövqe öyrənmək istəsək də, qarşı tərəf Elfak əvvəllər zəngə cavab vermədi və sonra bildirdi ki, mən xəstəxanadayam, 3 günə kimi çıxacam. əlaqə saxlayacam. Elfak bizimlə heç də əlaqə saxlamadı və telefon zənglərimizə cavab vermədi, ona simariclə yazaraq mövqe bildirməsini də xahiş etmişik.
Qarşı tərəfi dinləməyə hazırıq!
Hazırda tərəfimizdən Hüquq-Mühafizə orqanlarına məlumat məktubu hazırlanır.
Sənəm Əliyeva:
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi