Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
05 Apr 11:00Kriminal
Bakıda bir qrup şəxs evinə dəvət olunan şəxsin mobil telefon və digər əşyalarını alaraq hədələdi-FOTO
Respublikaxəbər.az İnformasiya-Xəbər portalına 04 aprel 2019-cu il tarixdə Yasamal rayonu, Ümid Əkbərov küçəsi 86 ünvanda yaşayan Əliyev Nurəddin Mətləb oğlu ərizə ilə müraciət edərək bildirmişdir ki, 2019-cu ilin fevral ayının təxminən sonuncu on günlüyündə tanışı Azər adlı şəxsə müvəqqəti olaraq geyinməsi üçün özünə məxsus əyin paltarını (kurtqa) vermiş və geri alması üçün tanışı Azər adlı şəxsin yaşadığı ünvana (Yasamal rayonu, 2-ci alatava) getmiş, mənzilin qapısını açan zaman həmin mənzildə 5-6 nəfər şəxsin narkotik istifadə etdiklərini görmüş. Ona mənzildəki şəxslər yaxınlaşaraq içəri dəvət etmişdirlər. Nurəddin onların dəvətinə getmək istəmədiyini və Azər adlı şəxsə verdiyi əyin paltarını (kurtqa) geri götürməyə gəldiyini bildirmişdir. Elə bu zaman həmin şəxslər Nurəddinin yaxasından çəkərək onu mənzilin içərisinə salmış, onun üzərində olan 40 (qırx) manat pulunu, biləyindəki bir ədəd gümüş qolbağını və bir ədəd də mobil telefonunu almışlar.
Nurəddin oradan çıxaraq evinə gəlmək istədiyini onlara bildirsə də onlar Nurəddinin üzərinə bıçaq çəkərək ölümlə hədələmişdirlər. Sonuncu dəfə Nurəddin onlardan sual olaraq nə istədiklərini soruşmuş, onlar isə Nurəddinə 3 gün müddətinə həmin mənzilə gələrək 100 (yüz) manat məbləğində pul gətirəcəyi vədini aldıqdan sonra Nurəddini sərbəst buraxıblar. Nurəddin bizə təqdim etdiyi ərizədən və videoçəkiliş olaraq verdiyi müsahibəsindən sonra qarşı tərəf olan Azər adlı şəxslə əlaqə saxladıq. O, deyilənləri etiraf etmədi və Nurəddin adlı şəxsi də tanımadığını bildirdi.
Müraciətin daha obyektiv araşdırılması üçün tərəfimizdən Hüquq-Mühafizə orqanlarına məlumat veriləcəkdir. Davamını Hüquq-Mühafizə orqanlarının araşdırmasından sonra izləyicilərimizə məlumat verəcəyik.

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi