Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 İyl 14:51Olke
XANIMI ÖLDÜ, XANIMINDAN QABAQ ŞƏXSİ ƏŞYALARI VƏ 287 MANAT PULU ÖLDÜ
Respublikaxəbər.az xəbər verir ki, Semaşka deyilən xəstəxanada soyğunçuluq hadisəsi olub. özü də kimdən? dünyasını dəyişən insanın hərəkətsizliyindən istifadə etməklə.
Belə ki, redaksiyamıza müraciət edən Əyyub Allahverdi oğlu Quliyev bildirmişdir ki, onun həyat yoldaşı Abbasova Nəzifə Abbas qızı uzun illərdir ki, xəstə idi. Sonuncu dəfə həyat yoldaşı Nəzifə ananın səhhətindəki vəzyyət tam ağır olduğundan 23 iyun 2020-ci il tarixdə onu aparırlar yaxınlıqdakı Semaşka deyilən klinik xəstəxanaya və xəstə orada yatmalı olur. Yəni həkim nəzarətində olmasınınn vacib olduğunu bildirib. Xəstənin sahibi Əyyub dayı xəstəni həmin xəstəxananın 2-ci korpusunda yerləşdirdikdən sonra kor-peşman evinə dönür, və ara-sıra baş çəkir. 30 iyun 2020-ci il tarixdə isə xəstəni həmin xəstəxananın 4-cü korpusuna köçürürlər. Nəhayət ki, 01 iyul 2020-ci il tarixdə gecə saat 03:45 də Əyyub dayının mobil nömrəsinə öz həyat yoldaşının nömrəsindən zəng daxil olur, Əyyub dayı sevincək telefonu götürüb, həyat yoldaşının səsini eşidəcəyini düşünsə də, lakin Əyyub dayının telefonda aldığı cavabdan sonra bir əli başına gedir və pərişan olur. Xəstəxanadan adını deməyən həkim sən demə Əyyub dayıya həyat yoldaşının öldüyünü deyibmiş. Əyyub dayı gedib cənazəni (meyyiti) götürən zaman şəxsi əşyalarını (mobil telefonunu, sumkasını və sumkasının içərisində 287 manat pulun olduğunu) deyir, lakin etiraf edən, görmüşəm deyən olmur. Əlavə olaraq da bu günə qədər Əyyub dayının arvadının ölümü ilə bağlı ölüm sənədini də ala bilmir. Əyyub dayıya həyat yoldaşına hansı diaqnozu yazaq deyə sual veriblər, ardıyca da Korona xəstəsi kimi qeydə almaq istədiklərini, əvəzində pul da təklif etdiklərini xəstənin əri bizə bildirib. bütün bu olanlarla bağlı, Əyyub Quliyevin ərizəsinə əsasən biz həmin xəstəxanaya yaxınlaşıb, mövqe öyrənmək istəsək də, bizə mövqe bildirməkdən müxtəlif bəhanələr uydurmaqla imitina etdilər. Biz də müraciətin daha obyektiv araşdırılması və nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi üçün tərəfimizdən aidiyyatı qurumlara məktub ünvanlayacağıq.
Qarşı tərəfi dinləməyə hazırıq!
Elyaz Gülüyev
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi