Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
21 İyl 13:22Olke
Mədəniyyət naziri Qəbələdə vətəndaşları qəbul edib
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə əlaqədar müvafiq addımlar atılır.
Mədəniyyət Nazirliyindən Respublikaxəbər.az-a verilən xəbərə görə, 2022-ci ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Anar Kərimov iyulun 21-də Qəbələ Rayon Mədəniyyət Mərkəzində Qəbələ və Oğuz sakinləri, eləcə də digər rayonlardan qəbula gələn vətəndaşlarla görüşüb.
Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra Qəbələ Rayon Mədəniyyət Mərkəzinə gələn nazir Anar Kərimov mərkəzin fəaliyyəti ilə tanış olub. Nazirə məlumat verilib ki, müəssisə 1958-ci ildən mədəniyyət evi, 2013-cü ildən mədəniyyət mərkəzi olaraq fəaliyyət göstərir. Nazir mədəniyyət mərkəzinin birinci mərtəbəsində yerləşən Qəbələ Dövlət Rəsm Qalereyasına baxış keçirib. Bildirilib ki, 2006-cı ildən fəaliyyət göstərən qalereyanın fonduna ümumilikdə 224 əsər daxildir.
Daha sonra Qəbələ Rayon Mədəniyyət Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Qəbulda iştirak edən sakinlərin müraciətləri işlə təmin olunma, əməyin qiymətləndirilməsi, kitab nəşrinə köməklik göstərilməsi, iş yerinin dəyişdirilməsi, şəhid adının əbədiləşdirilməsi, dini məkanın bərpası və digər məsələləri əhatə edib.
Anar Kərimov vətəndaşların ayrı-ayrı məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib