Sorğu
Оцените работу движка

08 İyl 12:32Olke

Anar Kərimov ABŞ səfiri ilə görüşüb

Anar Kərimov ABŞ səfiri ilə görüşüb

Mədəniyyət naziri Anar Kərimov iyulun 7-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqeri diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Nazirlikdən Respublikaxəbər.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikası və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı həyata keçirilən layihə və tədbirlərdən söhbət açılıb.

Ətraflı
Bu ilin may ayında ABŞ-a səfəri çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin və mədəniyyət tədbirlərinin əhəmiyyətini qeyd edən Anar Kərimov bildirib ki, sözügedən səfər mədəniyyət sahəsində birgə əməkdaşlığa böyük töhfələr verəcək.

Səfirliyin ölkəmizdə tarixi-mədəniyyət abidələrinin bərpasına göstərdiyi dəstəyi xüsusi vurğulayan nazir bu münasibətlərin davamlı olacağına inamını ifadə edib. Mədəniyyət Nazirliyi tərəfindən ötən il bəyan edilən "Mədəniyyət naminə sülh" (Peace for Culture) qlobal çağırışının əhəmiyyətindən bəhs edən Anar Kərimov bu kampaniya çərçivəsində də ABŞ-la əməkdaşlığa hazır olduğumuzu diqqətə çatdırıb.

Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən səfir Örl Litzenberqer Azərbaycanda işlədiyi dövrdə iki ölkə arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı istiqamətində fəaliyyət göstərdiyini bildirib.

Nazir səfirə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Respublikaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi