Sorğu
Оцените работу движка

12 Mar 12:31Medeniyyet

Anar Kərimov İordaniya səfiri ilə görüşüb

Anar Kərimov İordaniya səfiri ilə görüşüb
Mədəniyyət naziri Anar Kərimov İordaniya Haşimilər Krallığının fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşeh ilə görüşüb.

Mədəniyyət Nazirliyindən Respublikaxəbər.az-a verilən məlumata görə, A.Kərimov Azərbaycanla İordaniya arasında ikitərəfli əlaqələrin bir çox sahələrdə uğurlu inkişafını qeyd edərək ölkələrimiz arasındakı dostluq münasibətlərinin mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsinə təsir etdiyini bildirib.

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətinin yanvarın 12-də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə ziyarətindən söz açan nazir nümayəndə heyətinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin necə məhv edildiyinin şahidi olduğunu diqqətə çatdırıb.

İordaniya səfiri iki ölkə arasında mövcud olan mədəni əlaqələri yüksək qiymətləndirərək əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Görüşdə iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin və birgə sərgilərin təşkili, əməkdaşlığın gələcək perspektivləri, təcrübə mübadiləsi, həmçinin həyata keçiriləcək birgə layihələr ətrafında müzakirələr aparılıb.

Respublikaxəbər.az 0518310101
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi