Sorğu
Оцените работу движка

03 Mar 16:59Olke

Prezident Tacikistan Ali Məclisi Milli Məclisinin sədrini QƏBUL ETDİ - YENİLƏNİB

Prezident Tacikistan Ali Məclisi Milli Məclisinin sədrini QƏBUL ETDİ - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlini qəbul edib.

Respublikaxeber.az xəbər verir ki, Prezident İlham Əliyev Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlinin səfərinin səmərəli keçəcəyinə və ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Azərbaycanın və Tacikistanın bir çox istiqamətlərdə sıx qarşılıqlı fəaliyyət həyata keçirdiyini vurğulayan dövlət başçısı özünün Tacikistan Prezidenti Emoməli Rəhmonla təmaslarının və qarşılıqlı dəstəyin önəmini qeyd edib.

Dövlət başçısı ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirib, iqtisadi, nəqliyyat və investisiya qoyuluşu sahələrində də yaxşı perspektivlərin mövcud olduğunu vurğulayıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli, ilk növbədə, Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb.

Rüstəm Emoməli parlamentlərimiz arasında əməkdaşlıq haqqında sazişin, həmçinin Bakı və Düşənbənin qardaşlaşması barədə sənədin imzalanacağını qeyd edərək bunları dostluq əlaqələrimizin yaxşı göstəricisi kimi qiymətləndirib.

Prezident İlham Əliyev Tacikistanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Emoməli Rəhmona çatdırmağı xahiş edib.

***

14:38
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlini qəbul edib.

Respublikaxeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi