Sorğu
Оцените работу движка

08 Sen 16:30Olke

Prezident Emoməli Rəhmonu TƏBRİK ETDİ

Prezident Emoməli Rəhmonu TƏBRİK ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu təbrik edib.

Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Tacikistan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Müstəqillik illərində Sizin müdrik rəhbərliyiniz altında ölkəniz sabit inkişaf yolu ilə irəliləyərək dövlətçiliyin möhkəmlənməsi, sosial-iqtisadi tərəqqi sahəsində nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə nüfuz qazanmışdır. Azərbaycan Respublikası dost ölkənizin bu uğurlarına ürəkdən sevinir.

Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Tacikistan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında daim genişlənən yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər, iqtisadi-ticari sahələrdə faydalı əməkdaşlıq çoxşaxəli əlaqələrimizi xarakterizə edən başlıca amillərdəndir.

Əminəm ki, ənənəvi dostluq münasibətlərimizin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Hörmətli Emoməli Şərifoviç, belə bir əlamətdar gündə Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Tacikistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi