Sorğu
Оцените работу движка

12 Okt 12:07Olke

Prezident Türkiyənin ətraf mühit və şəhərsalma nazirini QƏBUL ETDİ

Prezident Türkiyənin ətraf mühit və şəhərsalma nazirini QƏBUL ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyə Respublikasının ətraf mühit və şəhərsalma naziri Murat Kurumu qəbul edib.

Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, nazir Murat Kurum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin ölkəmizə səfərinin Azərbaycan və Türkiyənin müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Söhbət zamanı işğal dövründə ermənilərin Azərbaycan torpaqlarında təbiətə böyük ziyan vurması, meşələri kütləvi sürətdə qırması, çayları çirkləndirməsi barədə danışılıb.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi