Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
10 Avq 08:13Olke
Aşura - Azərbaycan Atabəglər şahlığının məhvinin mərasimidir
Respublikaxeber.az Teref.az-a istinadən xəbər verir, Bu gün Məhərrəm ayı başlayır və ayın onuncu günü Aşura adlanır. İlahi sirlərdən xəbəri olmayan müasir insanlar Aşuranı ərəblərlə bağlayırlar ki, bu da böyük səhvdir.
Biz Aşuranın əsl mahiyyəti haqqında bir neçə məqalə yazmışıq və onun bilavasitə Azəri Türk seyid-bəgləri ilə bağlı olmasını göstərmişik (Məqalə: "Aşura haqqında əsl həqiqətlər", sayt: http://gilarbek.blogspot.com/2015/10/asura-haqqnda-sl-hqiqtlr.html?m=1).
Sufi-batinilərdə Aşura - Azər deməkdir və bu mərasim Azəri müqəddəsləri olan seyid-bəglərin (şad bəglər) 5500 yaşlı İsna-Aşəriyə dini ilə bağlıdır.
İslamın zahiri mənasını əsas sayanlar üçün bu gün İslamın yaşı təxminən 1440 ildirsə və Məhəmməd peyğəmbərdən başlayırsa, ifrat şiələr olan Gelati-Şiə ismaili-batinilərinə görə İslam və şiəlik Nuh və İbrahim peyğəmbərdən başlanır (Quran, 37:83). İlk müsəlmanlar da Məhəmməd peyğəmbərdən ən azı 1500 il əvvəl, övladlarına İslamı vəsiyyət etmiş İbrahim və Yaqub peyğəmbərlər olmuşlar. Böyük İslam alimi Mühiddin ibn Ərəbi, İslam dinini ölümlə bağlayır və insanlara müsəlman olaraq ölməyi tapşırır. İbn Ərəbiyə görə yalnız müsəlman olaraq ölənlər, yəni Allahla sazişə tabe olub, ona itaət edənlər, ifrat ismaililərinin Gelat/Xelat göylərində yaratdıqları Xüld cənnətinə düşə bilirlər. Batinilərdə İslam (S-LM) və İsmail (S-ML) rəmzləri - İsa-Aləmi, yəni ruhlar dünyası deməkdir. Bu İslam cənnətini Azəri Türk bəgləri Süni/Sina (Sünik) dağında yaratmışlar ki, İsna-Aşəriyə dedikdə də Süni/Sina, yəni Sünik dağındakı Azər/Asar/Osiris Allahı nəzərdə tutulur. Qədim Misir yazılarında Azəri (Aziru) şahlığının yerləşdiyi yer Kodeş adlanır ki, bura bizlərdə və yəhudilərdə Kadus və Kedes/Kodeş kimi qalmışdır. Tövratda bu Azəri (İazer) şahlığı amoreylərin, yəni Midiya marlarının torpağı sayılır (Məqalə: "İlk mason təşkilatı Azərbaycanda yaradılmışdır", sayt: http://gilarbek.blogspot.com/2014/02/ilk-mason-tskilat-azrbaycanda-yaradlmsdr.html?m=1). Qədim Misir mənbələrində bu мarlar - "amorey sutilər", yəni seyid-mirilər (əmir-seyidlər) adlanır. Başqa sözlə, Azəri seyid-bəglərinin Xelat göylərində yaratdığı cənnət elə Azəri, yəni Asar/Osiris ruhlar dünyasıdır. İran mənbələrində farbaq, yəni firon-bəglər adlanan bu Kadus (Kuddus/Kodeş) müqəddəsləri yəhudi mənbələrdə İsrailin (İsraEl-AsarEl-OsirisEl) On iki şahzadəsi kimi, qədim Misir yazılarında isə "Osirisin On iki Böyük Allahları" kimi keçir.
Yəhudilərin, yəni Xəzər Türk bəglərinin On iki şahzadəsi haqqında biz - "Quran”dakı İsrail oğulları - Azəri bəgləridir!" adlı məqaləmizdə geniş məlumat vermişik (sayt: https://gilarbek.blogspot.com/2012/08/qurandak-israil-ogullar-azri-bglridir.html?m=0). Bütün bunlar o deməkdir ki, İsna-Aşəriyənin On iki imamı elə qədim Misirin On iki Azər (Asar/Osiris) Allahıdır.
Məşhur misirşünas alim Uollis Bac qədim Misirin Pta-Seker-Asar Allahını Pta-Seker-Azar kimi də yazır ki, buradakı Seker/Sokar Allahı yeraltı dünyanın, yəni Cəbərut aləminin-mağarasının Allahı mənasındadır. Misirşünasların gəldiyi nəticəyə görə, bu Sokar/Sokaris mağarasında sandıq var ki, orada Osirisin bədəni qorunur. Osiris özü isə mətnlərdə odlu göldən gəlmiş "Od oğlu Od" adlanır.
Başqa sözlə, Sokar mağarasında İlahi Osiris/Azər odu qorunur. Sokar, yəni Saxu-Ra rəmzi mənbələrdə Arsak/Arşak kimi də yazılır və İsidir Xarakskiyə görə, göydən gətirilmiş bu İlahi od - Arşakın şah elan olunduğu Asaak yerində qorunur və Əl Kufi bu yerin - Ərdəbil şəhərinin 45 km.-də yerləşdiyini bildirir (Məqalə: “Ahit sandığı” Azerbaycandadır", sayt: http://www.gilarbeg.com/?sehife=oxu〈=1&content=1188). Yəhudilər, İlahi odla bağlı olan bu sandığı Əhd sandığı adlandırırlar. Tövrata görə, Musa peyğəmbər məhz bu İlahi oddan göydə Vəhy çadırı yaratmışlar ki, Xəzər Türk bəglərinin Allahı bu cənnət çadırında insanlar arasında yaşayır. Qədim Misir mənbələrində göydəki bu cənnət Orion-Saxu bürcü adlanır və bu da saxu ruhlarının Orion bürcündəki aləmi anlamındadır (Məqalə: "Annunaki və Osiris Allahları - qədim Azəri bəg ərənləridir", sayt: https://firudin.blogspot.com/2021/07/annunaki-v-osiris-allahlar-qdim-azri-bg.html). Alban mənbələrində Orion bürcü - Aran kimi qeyd olunur ki, M. Xorenskiy Alban şahı Aranın bədənini böyük ərazi kimi qeyd edir və onun nəslini Aranşah sülaləsi adlandırır. Aranşah rəmzi isə elə Orion-Saxu deməkdir və bu Arşak hökmranları mənbələrdə Gel-Gelarkuninin Sisaka/Sisakan nəsli adlanır.
Sisakan isə elə Skiniya/Sakin mənasında Vəhy çadırı anlamındadır. Belə çıxır ki, qədim Misir Allahları elə Azərbaycan Atabəglər Ailəsidir. İran mənbələrinə görə, məhz bu Asiya şahlarına - göydən gətirilmiş İlahi od verilmişdir. Hər şahin öz odu vardı ki, o hakimiyyətə gələndə odlanırdı və daşınan sandıqda qorunurdu. Aranşahlar nəslinin məhz bu odu hesabına qədim Azəri xalqı tam xoşbəxtliyə çatmış və iki dünyada xoşbəxt yaşayırdılar. İlahla vəhdətdə olan Azərbaycan Xelat bəglərinin nəsli, bu odun hesabına dünyanın bütün ölkələrində hökmranlıq edirdilər.
Qədim Misir yazılarına görə, Allah ilk olaraq, dünyaya hökmrankıq üçün Asar, yəni Osiris (Azər) Allahını yaratmışdır. Axirətə yaxın, qardaşı Set paxıllıq edib onu öldürür və tabutda, qutuda dənizə atır. Lakin Osirisin oğlu Qor atasını dirildir və o yenə dünyaya hökmranlıq etməyə başlayır. Mənbələrdə Osirisin ölüb-dirilməsi - İsa, Tammuz, Adonis, Attis, Kibela və s. Allahların ölüb-dirilməsi mərasimi adlanırdı.
Bütün bunlar o deməkdir ki, Aşura - Azərbaycan Atabəglər Ailəsini bəşəriyyətdən üstün edən İlahi Azər odunun yox olmasının mərasimidir.
Qurana görə, ölmüş Azərin dirilməsi Musa və Harun ailəsindən qalan bir sandığın gəlməsi ilə başlayacaq: «Peyğəmbərlər onlara: Onun hökmdarlığının əlaməti, içində sizlərə Rəbbinin mövcudluğu və Musa ilə Harun ailəsinin saxladığından qalan bir sandığın gəlməsi olacaqdır. Onu mələklər gətirəcəklər» (Quran, 2:248).
Digər yerdə bu Əhd sandığı - Nuhun gəmisi-sandığı kimi qeyd olunur: «Onlar səndən, «Nə zaman lövbər salacaq» deyə qiyamət vaxtını soruşacaqlar? De ki: «Bu haqda bilgi mənim Rəbbimdədir, öz vaxtında O, Onu açacaq. O Göydə və Yerdə çox ağır bir işdir. O sizə birdən gələcək» (Quran, 7:187).
Yazdıqlarımızdan belə çıxır ki, batıni mənada Aşura - Azərbaycan pir-bəglərini, seyid-bəglərini bəşəriyyətdən üstün edən cəddləri Azər Allahının ölümünün mərasimidir. Azər/Osiris Allahı - Aranşahların Süd yolundakı Orion-Saxu ruhlar dünyasıdır və Əhd sandığının açılması ilə bu dünya yenidən göydə var olacaqdır.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ