Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
24 Avq 16:38Olke
Hacı Şahin: “Aşura günü xütbələr onlayn oxunacaq”
Aşura günü xütbələr onlayn oxunacaq. Hər kəsin bu il Qafqaz Müsəlmanlar İdarəsinin çağırışlarına əməl etməsi arzuolunandır.
Bu sözləri Respublikaxəbər.az-a açıqlamasında Məşədi Dadaş Məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.
O bildirib ki, insanlarımız bu il səbrli olmalı və sağlamlıqlarını riskə atacaq davranışlara yol verməməlidirlər:
“Bununla bağlı dəfələrlə ictimaiyyətə səslənmişik. Bu gün bir çox ölkələrdə kütləvi tədbirlərin keçirilməsi qadağandır. Buna səbəb pandemiyadır və kütləvi tədbirlər zamanı yoluxma riski daha çox olur. Aşura günü hər il Azərbaycanda insanlar kütləvi şəkildə məscidlərə axışır. Bu bütün dövrlərdə belə olub. Məscidləri ziyarət edib, dualar oxumaq gözəldir, lakin pandemiya dövründə buna yol vermək olmaz.
Azərbaycanda yoluxma riski hələ də var, karantin rejimi davam edir. İnsanlar öz sağlamlıqlarını qorumaq üçün qaydalara riayət etməlidirlər. Hər il məscidlərdə qan verən şəxslər bu dəfə Qan Bankına müraciət etsinlər. Ehsan süfrəsi açanlar isə bunu ərzaq yardımı kimi ehtiyacı olan ailələrə verə bilərlər”.
Hacı Şahin Aşura mərasimlərinin kütləvi izdihamla müşayiət olunduğunu, belə vəziyyətdə karantin qaydalarına riayət edilməsinin mümkünsüzlüyünü vurğulayıb.
“Məscidlərdə elə bir şəraiti yoxdur ki, insan selini sosial məsafəyə riayət etməyə çağırsın. Bu istiqamətdə hər hansı istisna hal mümkün deyil. Odur ki, insanlar bu il Aşura gününü öz evlərində keçirməli və ailələri ilə birlikdə dualar oxumalıdırlar. Din xadimləri sosial şəbəkələrdən insanların mənəvi ehtiyaclarını qarşılamaq üçün onlayn xütbələr oxuyurlar. Allah “Quran”-da da buyurub ki, insanlar bilə-bilə özlərini təhlükəyə atmamalıdırlar. Bu il Qurban Bayramında da, Ramazan ayında da vəziyyət bu cür olub.
Demək olar ki, Həcc və Kərbəla ziyarətləri təxirə salınıb. Bu gün Kərbəlaya başqa şəhərlərdən olan zəvvarlar üçün giriş bağlıdır. Belə şəraitdə insanlar bütün çətinlikləri nəzərə almalıdırlar. Ümid edirik ki, tezliklə bu xəstəlik insanlıqdan uzaqlaşacaq və həyatımız öz axarına düşəcək”- deyə Hacı Şahin qeyd edib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi