Sorğu
Оцените работу движка

10 Sen 12:10Bolge-Xeberleri

Şəkidə qədim yaşayış məskəni aşkarlandı

Şəkidə qədim yaşayış məskəni aşkarlandı


Şəkidə qazıntılar zamanı qədim yaşayış məskəninin qalıqları aşkar edilib.

“Report”a istinadən Respublikaxəbər.az-ın məlumatına görə, ilk dəfə Fazıl kəndində qazıntılar zamanı arxeoloji dəstə qədim qəbiristanlıqla yanaşı yaşayış məskəninin izlərini təsdiqləyən artefaktlar tapıb.

Beynəlxalq arxeoloji ekspedisiya çərçivəsində qazıntı zamanı arxeoloqların diqqətini sarı rəngdə, orta ölçüdə torpaq qatı çəkib. Təmizləmə zamanı 2 min yaşı olan duluzçu sobası da üzə çıxıb.

Arxeoloji ekspedisiyanın rəhbəri Zaur Həsənov bildirib ki, aşkar olunan tapıntı unikallığı ilə seçilir:

“Vaxtı ilə burada tapılan çoxlu sayda və bir-birindən zəngin gil qablar, mətbəx əşyaları gətirilmə deyil, məhz Fazıl kəndində istehsal olunanlardır. İstehsal isə oturaq məskən, şəhər mədəniyyəti deməkdir”.

Qeyd edək ki, tapılan əşyalar qeydiyyata alındıqdan sonra Fazıl kəndindəki “Labirint” adlanan yeraltı muzeydə nümayiş olunacaq. Tapıntıların kataloq və izahatı beynəlxalq nəşrlərdə çap ediləcək.

Fazıl kəndində arxeoloji qazıntılar gələn il də davam edəcək.




Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi