Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Avq 16:53news
İcra başçısı BU BOYDA BƏLANI görməzdən gəlir... - Şəhərin ortasında narkomaniya çirkab və əxlaqsızlıq yuvası...
Respublikaxeber.az bizimyol.info-ya istinadən xəbər verir ki, Bakı şəhəri Xətai rayonu Mirzə Davud küçəsinin girəcəyində biabırçı vəziyyət hökm sürür. Bir neçə il öncə bir zamanlar qaçqın və məcburi köçkünlərin yerləşdiyi yataqxana binası kimlər tərəfindənsə yandırıldı və boşaldıldı.
Lakin boşaldıldıqdan sonra yanmış, damı, döşəməsi, pəncərəsi, qapıları olmayan bu xaraba bina dönüb oldu zibillik. Sözün həqiqi mənasında. Ətrafda yaşayan adamlar nə səbəbəsə məişət tullantılarını bu binanın içərisinə atmağa başladılar. Gecələr zülmətə bürünən, üfunət iyi verən bu xaraba bina narkomanların yığıncaq yeridir.
Əslində gözdən iraq bir yer deyil. 8 Noyabr (keçmiş Nobel) prospektinin tam kənarında Mirzə Davud küçəsinin girişində yerləşir. Küçənin girişini adını hər kəsin çəkməyə utandığı sauna kəsir. O sauna ki, müxtəlif xidmətləri ilə əxlaqsızlıq yuvasına çevrilib. Sauna, yanında da xaraba binadakı narkoman yuvası. Binanın qarşısındakı yarımtikililər də sökülüb, amma bu söküntüləri də yığışdırıb aparan olmayıb. İllər öncə burada 1941-45 Vətən müharibəsi qəhrəmanlarının şərəfinə ucaldılmış abidə də (sauna ilə üzbəüz yerləşir) zibilliklər içərisində qalıb, insan baxanda xəcalət çəkir. Bu abidə inandığı fikir uğrunda savaşmış, işğala boyun əyməyən insanların xatirəsini əbədiləşdirmək üçün idi. İndi daha çox onların xatirəsini kirlətməyə xidmət edir.
İcra başçısı BU BOYDA BƏLANI görməzdən gəlir... - Şəhərin ortasında narkomaniya çirkab və əxlaqsızlıq yuvası...
Dəfələrlə Bakı şəhəri Xətai Rayon icra hakimiyyətinə müraciət edilsə də, cavab verilməyib, sükutla keçilib. Bu xarabaya dönmüş binanın sökülüb yerində abad bir park salmaq olar. Həm də böyük xərclər çəkilmədən. Binanın ətrafında çoxlu sayda böyük ağaclar var. Sadəcə, bir balaca abadlıq işləri görülməlidir. Çox böyük olmayan xərclərlə İcra Hakimiyyəti adına layiq, yəni vəzifəsinə, üstünə düşən işi görmüş olardı, ərazi də əxlaqsızlıqdan, narkomanlardan və zibillikdən təmizlənərdi. Bu küçənin insanlarının arada nəfəs alacaqları, uşaqlarını gəzdirəcəkləri kiçik bir bağa böyük ehtiyacları var. Küçə dediyimiz də kiçik küçə deyil. Təxminən 4-5 min nəfər sakini var. Küçədə sıxlıq həddən artıq çoxdur. İllər öncə burada məskunlaşan insanlar özləri qaz, su, işıq problemlərini həll etdilər. İcra hakimiyyətinin əməkdaşları yalnız kimsə ev tikəndə görünürlər. Gəlib şirinliklərini alıb getmək üçün. Bu qədər əhali yaşayan ərazidə bir park və ya bağ salmaq çoxmu çətindir. Dəfələrlə müxtəlif media orqanlarına şikayət edilib. Nəyi gözləyirsiniz? Gərək mütləq Prezident Admnistrasiyasından göstəriş gələ?
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ